Yuxarı

Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentdən ermənilərin iki müsəlman xalqı arasına nifaq salmaq üçün istifadə cəhdi bir daha ermənilərin çeçenlərə münasibətini aktuallaşdırdı.

Axar.az xəbər verir ki, ermənilər yaşadıqları ərazidə bütün xalqların, o cümlədən çeçenlərin tarixini, mədəniyyətini də oğurlayıb mənimsəməyə çalışıb və təəssüf ki, bəzən buna nail olublar. Erməni tarixçilərinin çeenlərə vuruğu ən böyük zərbə isə Urartu dövləti ilə bağlıdır.

Çeçenistanın Dövlət Arxivlərindəki tarixi mənbələrə baxış zamanı bu fakt bütün çılpaqlığı ilə üzə çıxır.
Hər şey çeçen dilinin mənşəyini təsdiqləyən tarixi sənədlərə baxış zamanı başlayıb:

“Keçmiş SSRİ ərazisində ən qədim dövlət Zaqafqaziyada yaranıb. Burada söhbət Urartudan gedir. Urartu dilinə ən yaxın dil isə çeçen dilidir”.

Urartu dövləti eramızdan əvvəl IX-VII əsrlərdə mövcud olub. Cənubi Qafqazda yaşayan skif, sarmat və alanlardan fərqli olaraq, onlar özlərindən sonra yazılı mənbələr qoymayıblar və ya bu mənbələr hələ də aşkar edilməyib. Urartululardan çox sayda mixi yazılı mənbələri qalıb ki, bunlara da həmçinin assuriyalılar və şumerlərdə rast gəlmək olar.

Mənbələr qayalarda, metal lövhələrdə və daşlarda saxlanılıb. Qazıntılar zamanı daha geniş tədqiqatlar üçün toplanmış böyük gil plitələr tapılmışdır. Bu lövhələr latın dili əsasında transkripsiya edilib, Moskva və Peterburqda sərgilənib, 1960-cı ildə “Urartu mixi yazısı” kitabında nəşr olunub. Tədqiqatçı İ.M.Dyakonov bu barədə daha əvvəl 1954-cü ildə “Urartu məktubları və yazıları” kitabında bəhs edib.

Tarixçi Zaur Mehdiyevin sözlərinə görə, bu sahədə həmçinin sovet şərqşünası, dilçi Q.A.Melikişvilinin də xidmətləri təqdirəlayiqdir. Melikişvili özünün “Urartu dili” kitabında Van mixi yazılarının müasir nax-dağıstan dillərinə qohum alarod dil qrupuna yaxınlığını qeyd edib. Qeyd etmək lazımdır ki, Urartu tarixinin tədqiqatçılarından biri İ.İ.Meşaninov 1927-ci ildə Bakıda dərc olunan “Xaldşünaslıq. Qədim Vanın tarixi” kitabında Urartunun yarandığı dövrdə Araz çayının hər iki sahilində yaşayan xalqların həm genetik, həm də dil baxımından qohum olduqlarını yazıb. Həm Azərbaycanın, həm də Dağıstan əhalisinin antropoloji toplusunda, həmçinin müasir Ermənistan ərazisindəki qədim məzarlıqlardan toplanan genetik materiallarda nukleotid səviyyəsindəki təsadüflərə qədər təəccüblü oxşarlıqlar ortaya çıxır. Bu isə müasir ermənilərin Urartu tarixinə heç bir aidiyyətinin olmaması barədə Meşaninovun 80 il əvvəl dediyi fikirləri təsdiqləyir.

Bir çox alim Urartu mixi yazılarını erməni, gürcü və digər dillər əsasında oxumağa çalışsa da, bu cəhdlər boşa çıxıb. Urartu müasir Ermənistanın ərazisində, Türkiyənin şimal-şərq hissəsində və İranın şimal-qərb hissəsində yerləşirdi, ona görə də Urartu yazısının öyrənilməsi üçün bu dillərdən istifadə etdilər. Bu prosesdə çeçen dilindən istifadə edilməsinə başlananda isə mixi yazılarının sirri açıldı. Bu dillər arasında oxşarlıq təxminən 85 faiz təşkil etdi. Bu o demək deyil ki, urartulular çeçen dilində danışıblar. Ancaq leksika, fonetika, sintaksis və cümlə quruluşu qaydalarında oxşarlıqlar var.

Araşdırmalar nəticəsində bəzi ifadələrin tamamilə üst-üstə düşdüyü, oxşar sözlərin olduğu və müəyyən sözləri bilməklə bütün cümlənin mənasının ortaya çıxdığı aşkarlandı. Bundan sonra Urartu dilinin müasir çeçen dili ilə qohumluğu qeyd edildi.

Bütün bunlar çeçenlərin və dillərinin mənşəyinə dair Qroznı arxivlərində saxlanılan məlumatlardır. İndi isə gəlin “Urartu” sözünü internetdə ən populyar axtarış proqramlarında axtaraq. Quqlda axtarış zamanı Urartu dövlətinin Vikipediya səhifəsi açılır. Burada Urartunun erməni dilində danışan, tamamilə etnik ermənilərin yaşadığı qədim erməni dövləti olduğu qeyd olunur. Bununla belə sözügedən səhifədə bir dənə belə olsun qədim kitab və əlyazmalara istinad verilməyib. İstinadlarda erməni alimlərinin və arxeoloqlarının sözləri göstərilib. Çeçenistan arxivlərindəki məlumatlar isə rus, ingilis, fransız, qazax alim və arxeoloqlarının tədqiqatları əsasında toplanılıb.

Bu gün çeçenlər yekdilliklə deyirlər ki, ermənilər çeçen tarixinin Urartu ilə bağlı izlərini bilərəkdən məhv ediblər. Tarix elmləri namizədi, dosent, Çeçenistan Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini Hacı Xizriyevin sözlərinə görə, Urartu dövlətinin ermənilərlə heç bir əlaqəsi yoxdur:

“Bunu tarixi tədqiqatlar da təsdiq edir. Urartu – inquşlar və çeçenlərin əcdadlarıdır. Bu erməni mifi artıq alimlər tərəfindən ifşa edilib. Bütün bunlar isə erməni tarixindəki digər – böyük daşqından sonra ailəsi ilə birlikdə Ararat dağlarında qalan və sonradan Babilə gedən Nuhun oğlu Yafət barədə ermənilərin nağıllarının uydurma olduğunu sübut edir”.

Axar.az sözügedən materialın hazırlanmasında göstərdiyi köməyə görə professor Kamran Rüstəmova təşəkkürünü bildirir.

Tarix
2019.02.19 / 09:00
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla