Yuxarı

Ramil Usubov gürcü nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 21-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb. R.Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə, müəyyənləşdirdiyi strategiyaya uyğun uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlər nəticəsində daha da dərinləşdiyini bildirib. O, qeyd edib ki, ölkəmizdə müxtəlif dinlərə və dillərə məxsus xalqlar əsrlər boyu tolerant bir mühitdə, dostluq və mehribanlıq şəraitində yaşayır, bu gün respublika daxili işlər orqanlarının sıralarında həmin millətlərin nümayəndələri də layiqiqncə xidmət edirlər.

Daha sonra nazir R.Usubov ölkədəki kriminogen durum, sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib. O, dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edən əməkdaşlığın daha da genişlənməsinin vacibliyini bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən G.Dumbadze 2001-2005-ci illərdə ölkəsinin respublikamızdakı səfirliyində müşavir kimi fəaliyyət göstərməsini xatırladaraq, ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın, o cümlədən paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və dinamik templə inkişaf etdiyini məmnunluqla qeyd edib.

Görüşdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Tarix
2014.11.21 / 19:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla