Yuxarı

Qərb Bakını yanına çəkir: “Gəlin, Qarabağda irəliləyiş olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ məsələsinin sülh yolu ilə həllinə ümidlər daha böyükdür".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, son günlər Qarabağ probleminin həllində Qərb ölkələrinin rolunun getdikcə artdığını bildirib:

"Rusiyaya qarşı təzyiqlər artdıqca Qərbin, Türkiyənin, NATO-nun Cənubi Qafqazda çəkisi artır. Türkiyə bu dəqiqə Ermənistana təsir yolları axtarır və bu istiqamətdə müxtəlif addımları həyata keçirməyə çalışır. Yanvara qədər və yanvardan sonra yenidən Xarici İşlər nazirlərinin görüşü baş tuta bilər. Onlar prezidentlərin yeni görüşünü hazırlamalıdır. Doğrudur, prezidentlərin görüşü daha çox gələn il BMT-nin Baş Assambleyasının iclası çərçivəsində baş tutmasına hesablanıb. Amma istisna edilmir ki, prezidentlər vaxtından əvvəl də görüşə bilərlər. Məsələn, gələn ilin birinci rübündə bu reallaşa bilər. Bu isə daha çox sülhə tərəf istiqamətlənmiş bir məqamdır. Ona görə də Qarabağ cəbhəsində nə qədər gərginliyin olmasına baxmayaraq, Sərkisyan həm də müharibənin olmayacağını vurğulamağa üstünlük verir. Məsələnin sülh yolu ilə həll edilməsinə doğru açılan üfüqlər Rusiyanın beynəlxalq münasibətlər sistemində rolunun zəifləməsi ilə paralel sürətdə bağlıdır. Rusiya İrəvana və Cənubi Qafqazın digər ölkələrinə nə qədər az təzyiq edərsə, bir o qədər də Cənubi Qafqazda sülhə çatmaq imkanları daha çox olar. Mən güman edirəm ki, 2015-ci il Qarabağla bağlı danışıqlarda irəliləyişlər ili olacaq".

Tarix
2014.11.26 / 21:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla