Yuxarı

Yalnız bundan sonra Nikol konstruktiv mövqe tutacaq - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Paşinyan çox gözəl dərk edir ki, münaqişə həll olunmasa, onun atdığı addımların heç bir mənası yoxdur. Biz yəqin ki, onun Qarabağ klanı ilə müharibəsinin başa çatmasını gözləməliyik. Bundan sonra Paşinyan daha konstruktiv mövqe ortaya qoya bilər.

Bu sözləri Axar.az-a Paşinyanın Ermənistanın Qarabağ məsələsinin həlli ilə bağlı yumşala biləcəyinə dair son bəyantına münasibət bildirən millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Nikol Paşinyan artıq 10 aydır hakimiyyətdədir:

“Hakimiyyətə gələr-gəlməz absurd bəyanatla çıxış etdi ki, qondarma rejim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda 3-cü tərəf kimi iştirak etməlidir. Bu iddianın qeyri-mümkünlüyü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal öz qətiyyətli, sərt və prinsipial mövqeyini ortaya qoydu. Münaqişə Ermənistan-Azərbaycan arasındadır və separatçı rejim danışıqların tərəfi ola bilməz. Bundan sonra artıq 7 dəfə Ermənistan və Azərbaycan rəhbərliyi müxtəlif səviyyələrdə görüş keçirib. Yəni faktiki olaraq, Paşinyan istədiyini almayıb, keçirilən görüşlərin heç birində separatçı rejim iştirak etməyib”.

E.Nəsirov vurğulayıb ki, Paşinyan çox ziddiyyətli şəxsiyyətdir:

“Bir çox hallarda o, populizm naminə bu cür bəyanatlar da verir. Ölkənin daxilində Paşinyanın nüfuzu getdikcə zəifləyir, eyforiya dövrü bitib. Artıq xalq konkret olaraq, sosial həyatı ilə bağlı tələblər ortaya qoyur. Ona görə də mənə elə gəlir ki, Paşinyan Dağlıq Qarabağ klanının əsas simalarını siyasi səhnədən uzaqlaşdırdıqdan sonra münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ifadə etməsi üçün yeni şərait yarana bilər. Nə qədər ki, onların Ermənistanda kifayət qədər təsir imkanları var, Paşinyanın bu cür populist bəyanatlarını eşidəcəyik. Bu günlərdə Köçəryanın həbs müddəti 2 ay müddətinə uzadıldı. O, həbsxanadan Paşinyana barmaq silkələyir və Qarabağ məsələsində bir qarış da olsa torpağın güzəştə gedilməsinə imkan verməyəcəyini bildirir. Bu kimi sərsəm bəyanatlar Qarabağ klanının digər nümayəndələri tərəfindən də səsləndirilir. Hətta Paşinyanı Qarabağ münaqişəsinin həllində təslimiyyətçi mövqedə, xəyanətdə ittiham edirlər. Paşinyanın bəyanatları bu kimi fikirlərə qarşı səsləndirilir”.

Millət vəkilinin sözlərinə görə, Paşinyan özü də çox gözəl başa düşür ki, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe olmasa, torpaqlar geri qaytarılmasa, Ermənistanın nicatı, gələcəyi yoxdur:

“Yəni bu baş verməsə, Paşinyanın qeyd etdiyi iqtisadi inqilab da olmayacaq və Ermənistan sözün həqiq mənasında sosial fəlakətlə üz-üzə qalacaq. Bu isə yeni Paşinyanın meydana gəlməsinə, bu Paşinyanın isə Köçəryan və Sərkisyanın arxasıyca həbsxanaya göndərilməsinə səbəb olacaq. Ona görə hazırda Paşinyan populizmlə müəyyən mənada özünə olan təzyiqləri neytrallaşdırmaq istəyir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş illərdəki danışıqların bütün incəlikləri və nüansları barədə məlumatlanmağa ehtiyac duyduğunu açıqlayıb. “Əgər bizim tərəfdaşlarımız mövqeyimizin həddən artıq sərt olması qənaətinə gəlsələr, biz onu yumşalda bilərik, amma bunu bizim tərəfdaşlarımız da etməlidir. Əks təqdirdə dialoq baş tutmayacaq”, - o bildirib.

Tarix
2019.03.21 / 10:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla