Yuxarı

“Afaq Məsud bizə işləməyə imkan vermədi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən senzuranın nə demək olduğunu çox gözəl bilirəm. Ancaq hələ bu cür senzura görməmişdim. "Aydın yol" qəzetində yazılan bütün yazılar ya Afaq Məsudun, ya da Yaşar Əliyevin əlindən keçməlidir. Mən 30 ilə yaxındır ki, mətbuatdayam, ancaq belə bir halla ilk dəfədir qarşılaşıram".

Bu sözləri Axar.az-a tanınmış jurnalist Zöhrab Əmirxanlı Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi "Aydın Yol" qəzetindən çıxarılması ilə bağlı müxtəlif söz-söhbətlərə aydınlıq gətirərkən deyib. Z.Əmirxanlı saytımıza müraciətində qeyd edib ki, qəzetin istefa verən baş redaktoru Fəxri Uğurlu ilə bir neçə layihələri olub və müəyyən səbəblərdən reallaşdıra bilməyiblər. "Aydın yol" qəzeti yarandığı vaxt isə F.Uğurlu Z.Əmirxanlıya belə bir layihənin olduğunu bildirib. Məhz F.Uğurlu və onun kimi bir çox dəyərli insanlarla bir yerdə işləmək xoş olduğu üçün Z.Əmirxanlı bunu dəyərləndirib:

"Fəxri mənim illərdir tanıdığım dəyərli dostlarımdan biridir. Onun Azərbaycan mətbuatında, ədəbiyyatında əvəzedilməz yeri var və bunu Azərbaycan oxucusu da yaxşı bilir. Fəxrinin topladığı komanda ilə işləmək olduqca rahat idi. Nəriman Əbdulrəhmanlı, Tahir Kazımlı, Mövlud Mövlud, Qurban Yaquboğlu kimi insanlarla işləmək mənim üçün də xoş idi. İlk olaraq böyük işlər üçün çalışdıq. Ancaq sonradan məlum oldu ki, Mərkəz ona ayrılan milyonlardan qəzetə lazımı maliyyə vəsaiti vermir. Bütün texniki heyət də daxil 11-12 nəfərlə həftədə 24 səhifə buraxmalı idik. Çox geniş perspektivə hesablanmış planlarımız var idi ki, qəzeti gələcəkdə 36, daha sonra 48 səhifə edərik. Ancaq bu şərtlərlə bu necə mümkün ola bilərdi ki?"

Z.Əmirxanlı işdən çıxarılma səbəbinin nə ilə əlaqədar olduğunu heç özü də bilmədiyini deyib. Əlavə edib ki, bununla bağlı ona hər hansısa açıqlama verməyə belə çalışmayıblar:

"Fəxri Uğurlu ilə şərtlərimiz var idi ki, ondan xəbərsiz heç kəs heç yerə getməyəcək, ərizə yazmayacaq. Fəxri demişdi ki, lazım olsa, bütün məsələləri birlikdə həll edəcəyik. Ancaq mənim sonuncu gün xəbərim olub ki, oradan çıxarılmışam. Yuxarıdan bildiriblər ki, Tahir Kazımlı ilə Zöhrab Əmirxanlı getsinlər. Hər sayt bunu özünəməxsus formada şərh etdi. "Müqavilələri uzadılmadı" kimi fikirlər də bildirdilər. Ancaq bunlar o qədər absurd sözlərdir ki! Ümumiyyətlə, heç bir müqavilə söhbəti olmayıb. Mənimlə, ümumiyyətlə, bu barədə danışılmayıb. Afaq Məsud heç nədən köməkçisinə tapşırıb ki, bunların əmrlərini hazırla. Fəxri Uğurlu da bunu eşidib və bildirib ki, iki nəfər yox, üç nəfərin əmrini hazırla. Deyiblər, bəs üçüncü adam kimdir? Fəxri də bildirib ki, mən də gedirəm. Yəni mənim yığdığım komandanı məndən xəbərsiz belə dağıtmaq olmaz".

Z.Əmirxanlı əlavə edib ki, qəzet, mətbuat işində peşəkar insanlarla işləmək lazımdır:

"Mətbuatı bilməyən, bundan başı çıxmayan insanlarla işləmək faciəli bir şeydir. Yazarlara, yaradıcı insanlara qadağa qoyub, müdaxilə etmək olmaz. Mən dörd pilləli senzura olan dövrlərdə yazmışam, işləmişəm. Ancaq mən hələ bu cür senzura görməmişdim. Qəzetdə yazılan bütün yazılar ya Afaq Məsudun, ya da Yaşar Əliyevin əlindən keçməlidir. Mən heç vaxt oxucuma çiy, lazımsız yazı oxutmaram. Ancaq bunlar mənim yazılarımı o qədər kəsib-doğrayır, o qədər dəyişirdi ki, tanıya bilmirdim yazımı. Düzü, artıq nə yazacağımı, nədən yazacağımı bilmirdim. Əgər mən onları qane etmirdimsə, yazımdan razı deyildilərsə, lap deyək ki, özümü aparmağım, geyimim, gəzişim xoşlarına gəlmirdisə, bunu mənə deyə bilərdilər. Ancaq heç bir söz demədən, xəbərdarlıq etmədən 55 yaşında bir insanı işdən çıxarmaq qəbuledilməzdir. Belə işlər sivil qaydada həyata keçirilməlidir. Bunun səbəbini izah etsinlər, mən özüm sərbəst şəkildə hər şeyimi yığıb özüm gedərəm. Qurumun mətbuat xidməti də bildirir ki, onlarla müqavilə müddətini uzatmaq lazım olmadı".

Z.Əmirxanlı qəzetin istənilən səviyyədə çıxmaması ilə bağlı deyilənlərə də münasibətini bildirib:

"İndi deyirlər ki, qəzet biz istədiyimiz səviyyədə çıxmayıb. Qəzetin işini kollektivə həvalə etsəydilər, bunu kollektivin öhdəsinə buraxsaydılar, kollektivə işləməyə imkan versəydilər, belə olmazdı. Bu qəzet üçün o qədər ağıllı və yüksək səviyyədə planlar var idi ki, heç birinə imkan vermədilər, müdaxilə etdilər. Bir yazı yazarkən bilmirdim oxucunumu, Afaq Məsudumu, yoxsa Yaşar Əliyevi nəzərə alım?"

Tarix
2014.12.01 / 23:23
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla