Yuxarı

Kəmaləddin Heydərov Mahmud Vaezi ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Mahmud Vaezi ilə görüşdü - Foto

2 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən "BakuTel - 2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri və imzalanmış sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub.

Mahmud Vaezi, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2014.12.02 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla