Yuxarı

Rusiya 8 il öncə aldadıldı: İndi isə yeni savaşa girir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada baş verənlər qlobal geosiyasi oyunun bir hissəsi olmaqla yanaşı, Yaxın Şərqə xas olan siyasi və sosial konfiqurasiya ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov qeyd edib. O, yaxın vaxtlarda Tripolidə mərkəzi hakimiyyət uğrunda regional və beynəlxalq güclər arasında mübarizənin qızışacağını bildirib:

“Bir-birinə kəskin şəkildə zidd olan qruplar arasında savaş daha da dərinləşəcək. Unutmaq olmaz ki, Liviya Yaxın Şərq və Şimali Afrika dövlətlərinin bir çoxu kimi, faktiki olaraq, feodalizmin son dövrünü yaşayan, daxildə müxtəlif soyadların, klanların, regionların bir-biri ilə daima mübarizə apardıqları və aparacaqları bir ölkədir. Bu gün Liviyada Haftarlar, sabah isə digərləri hakimiyyət uğrunda qanlı savaşa başlayacaq. Ora Yaxın Şərqin müsəlman cəmiyyətidir”.

Z.Məmmədov dünya güclərinin Liviya ilə bağlı əsas planlarından bəhs edib:

“ABŞ və Rusiyanın Liviya ilə bağlı addımları Vaşinqtonda və Moskvada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, uzunmüddətlli strateji siyasətdirsə, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Misir kimi dövlətlər üçün Liviya siyasi hakimiyyətlərin strateji xarici siyasət fəlsəfəsi ilə bağlıdır. Məsələn, Türkiyə və Qətər Müsəlman Qardaşları və onlara yaxın olan qrupları dəstəkləməklə bölgədə zəncirvari halqa qurmaq istəyirlər. Açığı, ABŞ tərəfindən əsası qoyulan regiondakı bütün rəngli inqilablardan sonra sağçı dindarların hakimiyyətə gəlişlərinin, lakin tez bir zamanda hərbçilər tərəfindən çevriliş nəticəsində yuxarı kürsüdən uzaqlaşdırıldıqlarının şahidi olduq”.

Politoloqun sözlərinə görə, ABŞ Dövlət Departamenti, təhlükəsizlik institutları və beyin mərkəzlərinin Yaxın Şərqlə bağlı planlarında rəngli inqilablardan sonra hakimiyyətə "dindar"ların gəlişi nəzərdə tutulub:

“Çünki uzun müddət daha çox mərkəzçi avtoritar siyasi rejimlərin hökm sürdüyü cəmiyyətləri ya millətçilik, ya da islam faktoru ilə cəlb etmək olar. Millətçilik daha çox XX əsrin ortalarına xas olan və o dövr üçün uğurlu vurğu idisə, bu gün Qərb üçün bu, islamdır. Lakin "dindar" partiyaların hakimiyyətə gəlməsi hərbçilər olan cəmiyyətlərdə heç də hamı tərəfindən müsbət qarşılanmır. Həmin "dərin dövlətlər" (Səudiyyə Ərəbistanı, BƏƏ və bir neçə xırda ərəb dövlətini çıxmaq şərti ilə) hərbi çevriliş ilə hakimiyyəti öz əllərində saxlayırlar. Liviya barəsində Avropada İtaliya və Fransa arasında da fikir ayrılıqları var. İtaliya üçün Liviya Afrikadan qaçan qaçqınlar və miqranatlarla bağlı bir səddirsə , Fransa üçün Liviya maliyə resurslarıdır”.

Politoloqun sözlərinə görə, Kremlin təhlükəsizlik və xarici siyasət konsepsiyasının yeni (2016-ci il) hədəflərinə görə, Yaxın Şərq və Mərkəzi, Şimali Afrika Rusiyanın çoxqütblü dünya uğrunda apardığı savaşda önəmlidir:

“Rusiya yaxşı başa düşür ki, əgər Suriyanı itirmək Yaxın Şərqi itirmək idisə, Liviyanı itirmək Afrikadan çıxmaq demək idi. Liviyaya sahib olmaq isə NATO ölkələrinə cənubdan raketləri tuşlamaq deməkdir. 2011-ci ildə Moskva və Pekinin Qəzzafi ilə məsələdə bitərəf qalmaları onların aldadılması ilə bağlı idi. Hətta Medvedyev həmin vaxt Qəzzafi hakimiyyətinin qeyri-legitim olduğu ilə bağlı çıxış da etmişdi. Hakimiyyət dəyişikliyindən sonra hərbi və iqtisadi gücün itirildiyini görən Rusiya tez bir zamanda Liviyada özünə müttəfiq axtarışına çıxdı. Marşal Haftarın da maliyyə və siyasi dəstək axtarışı Haftar-Misir-Rusiya-Səudiyyə dördbucağını yaratdı. Bura Putin və Sisi hökuməti arasında bağlı qapılar arxasında olan anlaşmaları daxil etsək, görərik ki, birinci həm də artıq Misiri öz çətiri altına alıb. Rusiya və Misir arasında hərbi anlaşmalar, rus hərbçi qrupların Misirdə görünmələri, Qahirənin son illərdə Səudiyyəyə verdiyi Yəməndəki dəstəkdən imtina etməsini buna misal göstərmək olar”.

Tarix
2019.04.14 / 10:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla