Yuxarı

Əli Abbasov iranlı nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Abbasov iranlı nazirlə görüşdü

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Bakutel 2014" - 20-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir Əli Abbasov iki yaxın ölkə arasında son zamanlar intensiv aparılan danışıqların səmərəli nəticəsinin İT sektoruna müsbət təsirinə diqqət çəkib.

İranlı nazir Mahmud Vaezi də məhsuldar keçən bu görüşlərin tərəflər arasında yeni mərhələyə təkan verdiyini vurğulayıb. "Bakutel 2014"-də İranın 10 İKT şirkəti ilə təmsil olunduğunu da nəzərə çatdıran M.Vaezi onların Azərbaycan bazarına göstərdikləri maraqdan danışıb.

Daha sonra "Bakutel 2014"-ə qatılmış İranın İT şirkətləri təqdimatla çıxış edərək, istehsal etdikləri xidmət və məhsullar barədə nazirə məlumat veriblər.

Görüşdə qarşılıqlı münasibətlərin daha da gücləndirilməsi, bu zəmində İT şirkətlərinin bazarlarda fəal iştirakına hərtərəfli şəraitin yaradılması qərara alınıb.

Tarix
2014.12.05 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla