Yuxarı

ABŞ-ın İrana qarşı 120 min ordu göndərməsi... - Saunders

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İrana qarşı 120 min ordu göndərməsi... - Saunders

ABŞ və İran arasında gərginlik artdıqca, Pentaqonun fövqəladə planlarını yenidən yoxlamağı və yeniləməyi gözlənilən idi.

Bu sözləri Axar.az-a ABŞ Milli Maraqları Mərkəzinin xarici siyasət üzrə mütəxəssisi Paul Saunders Patrik Şanahanın İranı hədələyən ultimatumuna şərh verərkən deyib. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyindən bir çox şərti öhdəliyin planlaşdırılması tələb olunur:

“İran əhəmiyyətli hərbi imkanları olan mühüm bir regional güc olduğundan müdafiə rəsmiləri planlaşdırmada bunu nəzərə almalıdırlar. Əlbəttə ki, bu da öz növbəsində İran liderlərinə Birləşmiş Ştatların İranın ABŞ-ı təhrik etməsi üçün cavab verməyə hazır olduğunu göstərir”.

Qeyd edək ki, ABŞ müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan İranın nüvə silahının hazırlanmasını sürətləndirəcəyi və amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə, ABŞ-ın Yaxın Şərqə 120 minə qədər hərbçi göndərə biləcəyini açıqlayıb. Maraqlısı odur ki, həmin sayda hərbi kontingent 2003-cü ildə İraq istilası zamanı səfərbər olunmuşdu.

Tarix
2019.05.15 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla