Yuxarı

Heydər Əliyev onların köçməsinin qarşısını almışdı - Züqanov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev onların köçməsinin qarşısını almışdı - Züqanov

Heydər Əliyev 1990-cı illərdə Azərbaycanda vətəndaş həmrəyliyinin və sülhün bərqərar olması üçün əlindən gələni edib və mən onu müasir Azərbaycan dövlətinin banisi hesab edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov söyləyib. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə şəxsən tanış idi.

G.Züqanov qeyd edib ki, 1990-cı illərdə Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi qarşısında olduğu vaxtlarda Heydər Əliyevin Vətənə dönüşü çox mühüm əhəmiyyət kəsb etmişdi. O, bütün təbəqələrdən olan insanlarla şəxsən görüşürdü. Rus icmasının nümayəndələri ilə görüşündə ölkədə onların təhlükəsizliyinin təmin olunacağına şəxsən zəmanət verməklə, rusdilli əhalinin Azərbaycandan kütləvi şəkildə köçməsinin qarşısını almışdı. Heydər Əliyevin səyləri nəticəsində ölkədə vətəndaş birliyi və sülh bərqərar olmuşdu.

Rusiyalı siyasətçi hazırda Azərbaycan dövlətinin rus dilinə olan qayğısını yüksək qiymətləndirib, Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tarix
2019.06.12 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla