Yuxarı

Millət vəkili: Ölkəmiz onun sayəsində dirçəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: Ölkəmiz onun sayəsində dirçəldi

Heydər Əliyevin rəhbərliyi ilə həmin illərdə Azərbaycanda gedən geriləmənin qarşısı alındı və ölkəmiz üçün dirçəliş dövrü başladı.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili ümumilli lider Heydər Əliyevin 1993-cü ilin 9 iyununda xalqın təkidi ilə Bakıya qayıtması barədə danışarkən deyib.

“Azərbaycanda 1990-cı illərin birinci yarısında iqtisadiyyat tamamilə dağınıq bir vəziyyətdə idi. O dövrdə həm siyasi sahədə, həm də iqtisadiyyatda qeyri-sabit bir durum hökm sürürdü. Bu durumda yerli və xarici investorlar Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq istəmirdi. Ölkə iqtisadiyyatını bu vəziyyətdən çıxarmaq üçün real investitsiya mühiti yaratmaq əsas şərt idi”, - T.Mirkişili bildirib.

Millət vəkili onu da bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda olan problemlər qısa zamanda öz həllini tapdı:

“1993-cü ilin ortalarında, Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı. “Əsrin müqaviləsi” adlanan məlum neft sazişinin imzalaması ilə ölkə iqtisadiyyatına yatırımların qapısı açılmış oldu. 1995-ci ilin sonlarına yaxın ölkədə ictimai-siyasi vəziyyətin tam sabitləşməsindən sonra iqtisadiyyatın dirçəliş dövrü başlandı. Müstəqillik illərində ilk dəfə olaraq 1996-cı ildən başlayaraq iqtisadiyyatımızda artım tempi qeydə alındı. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994-2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. 5-6 il ərzində Azərbaycanın ticarət əlaqələri qurduğu ölkələrin sayı və həcmi iki dəfədən çox artdı. Və bu siyasət uzun müddətdir ki, davam edir. Hər bir sahədə, eləcə də ticarət əlaqələri cəhətdən zamanla daha yaxşı nəticələr əldə olunmağa başlayır”.

Tarix
2019.06.13 / 08:15
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla