Yuxarı

“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başladı

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi yerli fermerlərin məhsullarının satış imkanlarının genişləndirilməsi məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığa başlayıb. Meyvə-tərəvəz məhsullarının tədarükünü əhatə edən əməkdaşlıq yerli məhsulların daha geniş müştəri kütləsinə çatdırılmasına xidmət edir.

Əməkdaşlıq çərçivəsində ilk olaraq Masallı rayonunda fəaliyyət göstərən fermerlərdən tədarük edilən yerli kartof “Araz” mağazalarında satışa təqdim olunub. Məhsulların tədarükü “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilib.

Bu əməkdaşlıq müştərilərə keyfiyyətli və təhlükəsiz yerli məhsullar təqdim etməklə yanaşı, yerli istehsalçıların satış imkanlarının genişlənməsinə, onların yetişdirdiyi məhsulların pərakəndə satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim olunmasına şərait yaradır.

“Araz” supermarketlər şəbəkəsi “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığı davam etdirərək yerli fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsinə və yerli istehsalın dəstəklənməsinə töhfə verməyi hədəfləyir.

Tarix
2026.09.22 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla