Yuxarı

ABŞ İranın milyardlarına əl qoydu: Tehran çökdürülür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İranın milyardlarına əl qoydu: Tehran çökdürülür

Bu addımların əsas məqsədi İranı danışıqlar masasına oturdub ABŞ-ın təyin etdiyi qaydalar çərçivəsində yeni nüvə sazişinin imzalanmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İranın xaricdə olan hesablarının dondurulması haqqında danışarkən deyib. O bildirib ki, bu qadağalar İran iqtisadiyyatını daha da çökdürəcək:

“İrana qarşı sanksiyaların sərtləşdirilməsi gözlənilən idi. ABŞ tərəfindən növbəti sanksiyanın gəlməsi an məsələsi idi və bu qərar verildi. İranin xaricdə yerləşdirdiyi bütün maliyyə mənbələrinə girişlər məhdudlaşdırılıb və hesablar dondurulub. Bu, onsuz da ağır iqtisadi durumda olan İranın vəziyyətini daha da ağırlaşdıracaq. Düşünürəm ki, bu addımların əsas məqsədi İranı danışıqlar masasına oturdub ABŞ-ın təyin etdiyi qaydalar çərçivəsində yeni nüvə sazişinin imzalanmasıdır. Təbii ki, rəsmi Tehran bu qaydalarla razılaşmayacaq. Ancaq müəyyən vaxtdan sonra texniki heyətlər səviyyəsində ABŞ-la danışıqların başlaması ehtimalı yüksəkdir. Rəsmi Tehran məcburən ABŞ-ın atdığı addımlara cavab olaraq müəyyən texniki səviyyədə danışıqlar başlada bilər. Hətta ola bilər İsveçrə üzərindən bu danışıqlar baş tutsun”.

İqtisadçı iki ölkə arasında gizli danışıqların gedə biləcəyini bildirdi:

“Amma İran tərəfdən bəzi məqamlarda sərtlik olacaq. Artıq biz KİV-də İran rəsmilərinin sərt bəyanatlarına şahid oluruq. Amma bu da məsələnin görünən tərəfidir. Hesab edirəm ki, pərdə arxasında gələcəkdə gizli danışıqlar başlayacaq. Yaxın zamanda biz də buna şahid olacağıq”.

Qeyd edək ki, ABŞ İranın Ali dini lideri Əli Xamenei və 8 SEPAH generalına sanksiya tətbiq edib. ABŞ tərəfi sanksiyalar nəticəsində İranın xaricdəki milyardlarla dollar vəsaitinin dondurulacağını vurğulayıb.

Tarix
2019.06.26 / 09:45
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla