Yuxarı

Bu ruslar da Rusiyanı işğalçı sayır - Vasadze

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü xalqı ilə rus xalqı arasında heç bir münaqişə yoxdur, bizim münaqişəmiz rus hakimiyyəti ilədir.

Bu sözləri Axar.az-a gürcü ekspert Gela Vasadze son zamanlar ruslarla gürcülər arasında yaşanan qarşıdurmaları şərh edərkən deyib.

Onun sözlərinə görə, gürcü və rus xalqları arasında fikir ayrılığı yoxdur, əksinə, bu xalqlar arasında qarşılıqlı səmimiyyət və mehribanlıq var:

“Ruslar Gürcüstanda özünü çox yaxşı və rahat hiss edirlər. Bunu statistikalar da sübut edir, Gürcüstana köçən miqrantların 53 faizi ruslardır. Bu hələ yaşama icazəsi alan ruslardır. Sənədsiz yaşayan rusların sayı ən az bu göstəricinin üç qatıdır. Gürcüstan qanunvericiliyinə görə, ölkədə bir il qeydiyyatsız yaşamaq olar. İlin sonunda isə ölkəni tərk edib bir gündən sonra geri qayıtmaq kifayətdir.

Odur ki, bizim rus xalqı ilə heç bir problemimiz yoxdur, bizim münaqişəmiz Gürcüstanın 20 faiz torpağını işğal etmiş rus hakimiyyət orqanları ilədir. 1992-1993 və 2008-ci illərdə aparılan etnik təmizləmə siyasəti nəticəsində minlərlə gürcü öz evini itirdi, bəziləri isə öz canını.

Yeri gəlmişkən, Gürcüstana köçmüş Rusiya Federasiyasının vətəndaşlarının əksəriyyəti ölkəmizə dəstək verir və Kremli işğalçı hesab edir. Mən hələ Gürcüstan vəətəndaşı olan rusları demirəm”.

Tarix
2019.07.18 / 13:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla