Yuxarı

Elmar Məmmədyarov daha bir səfirlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov daha bir səfirlə görüşdü - Foto

20:59

Xarici İşlər naziri Elmar Məmmədyarov Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Səfir Valdas Lastauskas diplomatik fəaliyyətinin və bu istiqamətdəki təşəbbüslərin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə, Parlamentlər arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov səfir Valdas Lastauskasın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

***

Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşnehi qəbul edib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Səfir Nassar İbrahim Məhəmməd əl-Habaşnehi diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və bu xüsusda öz təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Nassar İbrahim Məhəmməd əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Tarix
2019.07.22 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla