Yuxarı

Polad Bülbüloğlu yeni səfirlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Mərakeş Krallığının Rusiya Federasiyasında yeni təyin olunmuş səfiri Lotfi Buşaarı ilə görüşüb.

Səfirlikdən Axar.az-a bildiriblər ki, həmkarını yeni təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb, Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə ətraflı məlumat verib.

Polad Bülbüloğlu Azərbaycan ilə Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, cari ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının növbəti Zirvə görüşünün keçiriləcəyini qeyd edib, Mərakeş Krallığının həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümid bəslədiyini söyləyib.

Son zamanlar dünyanın müxtəlif bölgələrində separatçı meyllərin artdığını narahatlıqla vurğulayan səfir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə ətraflı məlumat verib, ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə Mərakeş dövlətinə təşəkkürünü bildirib. O, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrin icrasının əhəmiyyətini vurğulayıb.

Polad Bülbüloğlu avqustun 5-də Ermənistan baş nazirinin Xankəndi şəhərində səsləndirdiyi populist bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini diqqətə çatdırıb.

Mərakeş səfiri Lotfi Buşaar Krallığın Azərbaycan Respublikasının suverenliyini tam dəstəklədiyini deyib, münaqişənin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına əminliyini ifadə edib. O, 2012-13-cü illərdə Mərakeşin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanla təşkilat çərçivəsində sıx və faydalı əməkdaşlıq etdiyini xatırladıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2019.08.09 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla