Yuxarı

Ermənistanın yeni Türkiyə qorxusu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın yeni Türkiyə qorxusu

Erməni ekspertlər paranoik şəkildə Türkiyənin Ermənistan üçün ciddi təhlükəyə çevrildiyini bildirməyə başlayıblar.

İstiPress-in məlumatına görə, bu barədə “Armİnfo”ya müsahibə verən Şərqşünaslıq İnstitunun direktoru, akademik Ruben Safrastyan bildirib ki, Ankara Ermənistan üçün həm də hərbi təhlükə mənbəyidir:

“Ermənistanın sərhədlərini bağlı saxlayan Türkiyə Ermənistanın mürəkkəb coğrafi və geosiyasi vəziyyətindən yararlanır. Bununla da İrəvanın siyasi kursunda dəyişiklikyiyə nail olmağa çalışır. Bu cür siyasət çağdaş dünyada tez-tez rastlanmır. Bu cür siyasət zamanla daha aqressiv ola bilər və özünə hərbi komponentlər də daxil edə bilər”,- deyə Safrastyan vurğulayıb.

Safrastyanın bu sözləri Rusiyanın ermənipərəst “Regnum” portalının şərhçisi Stanislav Tarasovu da təəccübləndirib:

“Belə çıxır ki, Ankara Ermənmistanı bilərəkdən Rusiyanın qucağına itələyir və guya türklərin Ermənistanla sərhədi bağlaması bu məqsədə xidmət edir”.

Təbii ki, Tarasov Paşiyanın sözləri ilə başa salır ki, Ankara Ermənistanla sərhədləri məhz Azərbaycan torpaqlarının işğalına görə bağlayıb. Bu sərhədlərin açılması üçün Ankaranın şərti Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmasıdır.

Lakin məqalədən belə görünür ki, Paşiynan Türkiyə ilə münasibətləri heç bir şərt qoymadan başlamağı təklif edir. Yəni ermənilər soyqırım iddiasından imtina edir, Türkiyənin də Qarabağ şərtlərindən vaz keçməsini istəyirlər.

Lakin Türkiyənin soyqırım məsələsində mövqeyi bəllidir - hər an Ermənistanla beynəlxalq məhkəməyə getməyə hazırdır. 1920-30-cu illərdə erməni diasporunun müraciət etdiyi bütün məhkəmələr soyqırım iddialarının yalan olduğunu ortaya çıxarır - aydın olur ki, cəmi 50 min erməni həyatını itirib, ölən türk, kürd və çərkəzlərin sayı isə qat-qat çoxdur.

Bu baxımdan Türkiyənin Qarabağ şərtlərindən imtina edəcəyinə inam yoxdur. Erməniləri qorxudan bir məsələ var - əgər Qarabağ ilə bağlı iüharibə yenidən alovlanarsa və Azərbaycan Naxçıvan istiqamətdən hücum edərsə, Türkiyə istər-istəməz münaqişə tərəfinə çevriləcək. O isə Ermənistan üçün məhşər günü ilə müqayisə edilə bilər.

Tarix
2019.09.06 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla