Yuxarı

Bakıda tarixi tədbir: iqtidarla müxalifətin ortaq bəyanatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün baş tutan iqtidar-müxalifət dialoqunun davamlı olmasına böyük ehtiyac var.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elxan Şahinoğlu Ana Vətən Partiyasının təşkilatçılığı ilə "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunda “Park İnn” otelində dünən baş tutan dəyirmi masa barədə fikirlərini bölüşərkən deyib. O, dəyirmi masanı yüksək qiymətləndirib:

“Dövlətin möhkəmlənməsi və təhlükəsizlik məsələlərinin həlli hamı üçün vacibdir. Ona görə iqtidar-müxalifət dialoqu olmalıdır. Düzdür, müxalifətin içərisində bəzi radikal qüvvələr var. Hətta onlarla da müəyyən diskussiya imkanları yaratmaq lazımdır ki, ölkəmizə, dövlətimizə, millətimizə təhlükələr yaradılmasın”.

Politoloq vurğulayıb ki, Azərbaycanda hər kəs torpaqlarımızın işğaldan azad edilməsini istəyir:

“Hamı bilir ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan hərbi yoldan istifadə edə bilər. Bunu həm hakimiyyət, həm də ən radikal müxalifət istəyir. Dəyirmi masada da bu baxımdan ortaq mövqe ortaya qoyuldu. Düzdür, fərqli fikirlər söylənildi, hətta bəzən kəskin diskussiyalara şahidlik etdik. Amma bunlar normaldır. Belə müzakirələr olmalıdır ki, siyasi dialoq mədəniyyəti inkişaf etsin. Ona görə də düşünürəm ki, bu prosesin davamına ehtiyac var. Belə müzakirələrin davamlı olması siyasi proseslərə müsbət təsirini göstərə bilər. Biz istəmirik ki, kimsə kimsəni təhqir etsin, söyüş söysün. Siyasi mübarizəni parlament divarları arasında keçirmək lazımdır”.

Analitik hər iki tərəfin çıxışlarında razılaşdığı və razılaşmadığı məqamların olduğunu qeyd edib:

“Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədovun dialoqa hazır olduqlarını deməsi çox müsbət hadisədir. Tədbirdə bəzi radikal fikirlər də səsləndirildi. Tədbirə kimlərin dəvət olunub-olunmamasından xəbərsizəm. Amma bəzi partiya nümayəndələri gözə dəymirdi. Əgər dəvət olunmuşdularsa, iştirak etmələri yaxşı olardı. Fikrimcə, hətta AXCP-ni də bu diskussiyadan kənarda qoymaq olmaz. Sərdar Cəlaloğlu kimi kəskin müxalifət nümayəndəsi öz fikirlərini açıq şəkildə deyə bilirsə, AXCP sədri Əli Kərimlinin də bu diskussiyaya qatılmasında qəbahət görmürəm. Tədbirdə kim istədisə, ona söz verildi. Çıxışçılar rahat şəkildə öz fikirlərini ifadə edə bildilər, heç kimin söz deməsinə məhdudiyyət qoyulmadı. Olduqca dəyərli bir demokratiya, dialoq mədəniyyəti nümunəsi ortaya qoyuldu. Ən müsbət nəticə də ondan ibarətdir ki, iqtidar və müxalifət bir tədbirdə ortaq bəyanat yaydı”.

Tarix
2019.09.12 / 09:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla