Yuxarı

Nikolun “parlaq” görüşünə Lavrovun dolayı cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Putinlə İrəvanın Zvartnos aeroportundakı - Paşinyanın təbirincə, “parlaq” - görüşündən sonra Lavrovun Ermənistan rəhbərliyini Qarabağ danışıqlarındakı mövqeyinə görə açıq və kəskin tənqid etməsi “aeroport görüşü”nün nəticələrinin heç də “parlaq” olmamasını aşkara çıxardı.

Axar.az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram qeyd edib. O, Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağla bağlı açıqlamasının təsadüfi olmadığını bildirib:

“Lavrovun ifadələrindən açıq sezilir ki, o, Putinin yanında qan soydaşlarına görə xəcalət çəkdiyindən onlara qıcıqlanıb. Ermənistan rəhbərliyinin Qarabağla bağlı bəyanatlarını Albaniyanın Kosovaya iddiaları ilə müqayisə etmiş Lavrovun dilinə analogiyalar təsadüfən gəlmir. Fikir versək, Kosova münaqişəsində Rusiya Kosovanı tanımır, daim və birmənalı Serbiyanın ərazi bütövlüyünü müdafiə edir. Paşinyana Rusiyadan möhkəm qulaqburma eyni zamanda qəzəblənmiş Azərbaycanı sakitləşdirmək məqsədi güdür”.

Ekspert bildirib ki, Lavrovun “İrimiqyaslı hərbi əməliyatların başlanma təhlükəsini görmürəm. Rusiya bunun baş verməməsi üçün mümkün olan hər şeyi edəcək” sözləri də İrəvanı rahatlatmaq üçündür.

N.bayramın sözlərinə görə, Putinin İrəvana səfərdən öncə Prezident İlham Əliyevi “Valday” diskussiya klubuna dəvət etməsi xüsusi əhəmiyyət daşıyır:

“Valday” klubu Putinin şəxsi ideyası əsasında yaradılıb, dünya gündəmini formalaşdıran beynəlxalq platformalardan biridir. Tədbirdə xüsusi dəvət olunmuş qonaq kimi iştirak edən İlham Əliyevin çıxışındakı “nida işarəsi” ifadəsini Paşinyana cavabdan daha çox, regionun aparıcı ölkəsinin sahiblik etdiyi kürsüdən Ermənistana sərt publik xəbərdarlıq kimi qiymətləndirmək olar”.

Ekspertin sözlərinə görə, Rusiya Ermənistanı Azərbaycanla təhdid edir:

“Əlbəttə, məsələdə Rusiyanın Ermənistanı Azərbaycanla təhdid etməsi elementi var, həmişə olub və hətta 1991-ci ilin referendumundan sonra təhdid bir dəfə gerçəkləşdirilmişdi (məşhur Çaykənd və digər əməliyatlar). Ermənistan və Dağlıq Qarabağ separatçıları son iki ayda ali dövlət strukturları daxil olmaqla, iki müharibə təlimi keçiriblər. Ermənilər Apreldən dərs çıxardılar ki, Azərbaycan Rusiyanın dostu Serj Sərkisyanın vaxtında Qarabağa zərbə endirməyə “Rusiyadan razılıq alıbsa”, Rusiyanın dostu olmayan Paşinyanın vaxtında belə “razılığı” daha asanlıqla alar. Yox, Azərbaycan Apreldə razılıq almayıbsa, Rusiya ilə hesablaşmadan hərbi zərbə endiribsə, bunu Paşinyanın vaxtdında daha böyük miqyasda təkrar edə bilər.

S.Sərkisyan Azərbaycanın hərbi əməliyyatlar başlamaq qərarında sərbəstliyini düz qiymətləndirmədiyindən bədəlini hakimiyyəti ilə ödəmişdi. Erməni məntiqi budur”.

Ekspert qeyd edib ki, Paşinyan hər cür “cəsarətli”, populist bəyanatlar verə bilər, əməldə isə Ermənistan dövlət səviyyəsində müdafiə hazırlıqları aparır.

Onun fikrincə, Qarabağ danışıqlarının dalana dirənməsi, Ermənistanın Azərbaycanı müharibəyə təhrik edən ultimativ ritorikası və Rusiya ilə antaqonist zidd olan geosiyasi meyilləri müharibəni yaxınlaşdırır.

Tarix
2019.10.05 / 21:43
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla