Yuxarı

Nazir Qazaxıstanın yeni səfirini qəbul etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Serjan Abdıkərimovu qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Serjan Abdıkərimovu səfir təyin olunması münasibətilə təbrik edib və qardaş Qazaxıstan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir Serjan Abdıkərimov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik inkişaf strategiyası sayəsində Azərbaycanın regionda mühüm rol oynadığını və bu xüsusda ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, iki ölkənin birgə həyata keçirdiyi layihələrinin uğurundan bəhs edərək bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

E.Məmmədyarov Qazaxıstan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqeyə, ölkəmizin suverenliyi və ərazi bötövlüyünün daimi dəstəyinə görə təşəkkür ifadə edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

S.Abdıkərimov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Tarix
2019.10.07 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla