Yuxarı

Minsk Qrupundan regiona səfərlə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minsk Qrupundan regiona səfərlə bağlı - Bəyanat

ATƏT Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması prespektivlərini alqışlayır.

Axar.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfərlərinin yekunlarına dair bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlər oktyabrın 15-də İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.

Səfər zamanı həmsədrlər Dağlıq Qarabağda bölgənin qondarma “rəhbərliyi”, Bakıda isə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ilə də görüşüblər.

Dağlıq Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar.

Bəyanatda bildirilib ki, hər iki ölkənin liderləri həmsədrlərə MDB ölkələrinin Aşqabad sammitində baş tutmuş söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irəliləməsi üçün fikirlərini təqdim ediblər.

Bəyanatda o qeyd olunub ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri bu ilin sonunadək həmsədrlərin himayəsi ilə görüşmək niyyətini təsdiq edib. Həmsədrlər yaxın zamanlarda Vyanaya yola düşərək ATƏT-in Daimi Şurasını və Minsk Qrupunun üzvlərini məlumatlandıracaq.

Tarix
2019.10.17 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla