Yuxarı

Prezident islahatlar üçün bunu istəyir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin iqtisadi müşavirədə rəsmi proqnozların özünü doğrultmaması barədə iradlarından sonra yəqin ki, bir çox nazirliklərin və agentliklərin fəaliyyətində dönüş olacaq.

Bu sözləri Axar.az-a oktyabrın 15-də keçirilən müşavirədə İlham Əliyevin dövlət qurumlarının verdiyi proqnozların özünü doğrultmaması barədə fikrinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Prezidentin müşavirədə əvvəlki illərlə bağlı proqnozların doğru olub-olmaması barədə açıq söhbət aparması çox yaxşı haldır:

“Prezident rəqəmlərin şişirdilməsi, statistik göstəricilərin və proqnozların doğru olmaması barədə məsələ qaldırdı. Bu çox vacib amildir. Əslində statistik göstəricilər doğru və həqiqətə əsaslanmalıdır ki, ona əsasən iqtisadi proqnozlar və yaxud da iqtisadi modellər tətbiq olunsun. Azərbaycanda bununla bağlı vəziyyət arzuladığımız səviyyədə deyil. Alternativ mənbələr yoxdur, Dövlət Statistika Komitəsinin və nazirliklərin məlumatları zaman-zaman önümüzə çıxır. Bu da mənzərəni tam görməyə imkan vermir. Əgər rəqəmlər, statistik məlumatlar doğru olmasa, tibbdə deyildiyi kimi, diaqnozun da qoyulması çətin olar. Düzgün diaqnoz qoyulmasa, obrazlı desək, doğru müalicənin aparılması mümkün deyil. Ümid edirəm ki, bu iradlardan sonra dövlət qurumları, xüsusən də Statistika Komitəsinin fəaliyyətində dönüş olacaq. Hökumət proqramları məhz indiqatorlara, planlara, proqnozlara hesablanmalıdır. Bu proqramların zaman xətti olmalıdır ki, hansı zaman kəsimində, hansı işlər görülməsi planlaşdırılır. Sistematik planlaşdırma olmayanda effekti də az olur”.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə nazirliklərin verdiyi proqnozların özünü o qədər də doğrultmadığını bildirmişdi.

Tarix
2019.10.18 / 01:28
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla