Yuxarı

Ölkəmiz yeni mərhələyə qədəm qoydu - Mehdiyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmiz yeni mərhələyə qədəm qoydu - Mehdiyev

Heydər Əliyev Azərbaycan tarixində yaşayıb-yaratmış görkəmli ictimai və siyasi xadimlər sırasında Ümummilli Lider səviyyəsinə yüksəlmiş yeganə şəxsiyyətdir. Onun adına təsis olunmuş bu ali ordenlə təltif olunmaq hər bir dövlət qulluqçusunun, hər bir ictimai və siyasi xadimin arzu etdiyi ali mükafatdır.

Axar.az xəbər verir ki, bunu AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev Prezident İlham Əliyevin qəbulunda bildirib.

"Bu tarixi məqamı mənə yaşatdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirir, Azərbaycanın inkişafında bundan sonra da yeni nailiyyətlər və uğurlar arzulayıram. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olmuş, xalqımızın qəlbində əbədi məskən salmış Ulu Öndərin xatirəsi saydığım bu ali mükafat mənim həyatda nail olduğum və qazandığım ən böyük mükafatdır. Buna görə Sizə, cənab Prezident, bir daha öz dərin təşəkkürümü bildirirəm.

Sizə məlum olduğu kimi, cənab Prezident, həyatımın əlli dörd ilini dövlət qulluğunda keçirmişəm. Onun 29 ilini ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaşamışam. Son 16 ildə isə bilavasitə Sizin rəhbərliyiniz altında çalışmışam. Həyata keçirdiyiniz siyasi-iqtisadi, sosial-mədəni kursun böyük uğurlu nəticələr verdiyinin bilavasitə şahidi olmuşam. Sizin silahdaşınız olaraq çalışmışam ki, tapşırıqlarınızı vaxt itirmədən icra edim. Deyə bilərəm ki, Sizin, cənab Prezident, nadir siyasi şəxsiyyət və görkəmli dövlət rəhbəri kimi fəaliyyətinizi və qiymətinizi gördüyünüz işlər müəyyən edir. Mərd və genişürəkli xalqımız buna böyük qiymət verir.

Son 16 il ərzində Azərbaycan Sizin rəhbərliyinizlə modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək kökündən dəyişdi. Bu da Azərbaycan xalqının həyat səviyyəsini yüksəltdi, onun problemlərinin böyük qismini həll etdi və dövlətlə xalqı vahid bir platformada birləşdirdi.

Sizin nümayiş etdirdiyiniz praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma ölkəmizin milli maraqlarının təmin olunmasında önəmli rol oynamış və onun müasir inkişafını təmin etmişdir", - İ.Əliyev söyləyib.

Tarix
2019.10.23 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla