Yuxarı

Fələstinin yanındayıq - Elmar Məmmədyarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər Komitəsinin iclasında çıxış edib.

Axar.az xəbər verir ki, XİN başçısı qeyd edib:

"Zati-aliləri, Konfrans iştirakçıları! Xanımlar və cənablar, əvvəlcə hamınızı Azərbaycanda salamlamaq istərdim.

Fələstin Dövlətinə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Qardaş Fələstin xalqına sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda apardığı mübarizədə Azərbaycanın hərtərəfli dəstəyini bir daha bildirmək istərdim. Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır.

Bir neçə il əvvəl Azərbaycanda Fələstin Dövlətinə kömək məqsədilə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirildi. 2017-ci ilin iyul ayında Azərbaycanda Qüds məsələsinə dair BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsi üzrə Komitəsi, BMT-nin Humanitar məsələlər üzrə Əlaqələndirmə Ofisi, İƏT və müxtəlif digər hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə beynəlxalq konfrans təşkil olundu. Konfrans Şərqi Qüdsün işğalı və Əl-Əqsa məscidində ibadət edən möminlərə qoyulan məhdudiyyətləri pisləyən bir bəyanat qəbul etdi. Bu gün də, həmişə olduğu kimi, Fələstin xalqının yanındayıq.

2018-ci ilin noyabr ayında Fələstin rəhbərliyinin xahişi ilə Azərbaycan Fələstin Dövlətinin Asiyadakı səfirlərinin konfransına ev sahibliyi etdi.

Bildiyiniz kimi, 2018-ci ilin aprel ayında Qoşulmama Hərəkatı (QH) Troykası qaydasında Azərbaycanda "Davamlı inkişaf üçün beynəlxalq sülh və təhlükəsizliyin təşviqi" adlı 18-ci Aralıq Nazirlər Toplantısı keçirildi. Bu tədbir çərçivəsində QH Nazirlər Komitəsinin Fələstin üzrə iclası təşkil edildi. Yekun Bakı Bəyannaməsində pozuntulara tam son qoyulması üçün ciddi, kollektiv səy göstərməyə çağırışlar təkrarlandı.

Azərbaycan Respublikası həmişə çətin günlərdə Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir. Bu dəstəyin bariz nümunəsi kimi, 2018-ci ilin oktyabr ayında BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinə (UNRWA) 200 000 ABŞ dolları ayırmasıdır.

Biz Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir. Buna görə Fələstin xalqına dəstəyimiz qəlbimizdən gəlir".

Tarix
2019.10.23 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla