Yuxarı

“Qala” təhlükəsizlik xidmətinin rəhbərini döydülər – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qala" Beynəlxalq Təhlükəsizlik Xidmətində pulu batan işçilər rəis müavinini döyüb.

Axar.az-a göndərilən özəl videoda BTX-nin rəhbəri Vüqar Hüseynov və müavini depozit qoyan mühafizəçilərə problemin həlli olunacağını vəd edir.

Müzakirələrin gedişində əsəblər tarıma çəkilir və maaşını ala bilməyən idarə əməkdaşları V.Hüseynovun müavinini döyürlər. Müdirlə mübahisə zamanı şikayət edən işçilər şirkətdə baş alıb gedən özbaşınalıqdan, rəhbərliyin qanunsuz əməllərindən şikayətlənir.

Bildirək ki, hazırda 7 minə yaxın mühafizəçi nə qoyduğu depoziti götürə bilir, nə də əmək haqlarını ala. İdarənin Şabran, Qazax, Tərtər və digər yerlərində olan filiallarında işə düzələnlər etiraza qalxıblar.

Daxili İşlər Nazirliyinə də yürüş etmiş mühafizəçilər pullarını geri istəyirlər. Onu da bildirək ki, V.Hüseynov bu hadisələrə qədər deputat Eldar İbrahimovun qardaşına məxsus "Kövsərbank"ın səhmlərini alıb. Ehtimal olunur ki, mühafizəçilərdən mənimsədiyi pulları banka yatırıb. Barəsində cinayət işi açılmış V.Hüseynovun milyonlar mənimsədiyi bildirilir.

Axar.az həmin iclasda mühafizəçilərlə "Qala" rəhbərliyinin danışıqlarını və döyülmə kadrlarını təqdim edir:

Tarix
2015.01.27 / 13:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla