Yuxarı

Zabitin vəzifəli şəxsləri ittiham edən videosuna - Rəsmi reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:25

​Son günlərdə bəzi sosial mediada və Yutub kanalında Dövlət Sərhəd Xidmətinin zabiti - leytenant Əzizli Fərid Ceyhun oğlunun Dövlət Sərhəd Xidmətinin bir sıra vəzifəli şəxsini hüquqazidd əməllərdə ittiham etməsi barədə video yazısı yayılmaqdadır.

Axar.az Dövlət Sərhəd Xidmətinin bu barədə olan rəsmi açıqlamasını təqdim edir:

"Leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılıb, aidiyyəti hərbi qulluqçuların izahatları alınmış, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilib. Araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmamış, özünə qarşı hər hansı qeyri-etik davranışın yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilib.

​Məlumat üçün bildiririk ki, leytenant F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunmuş, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilmiş, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib.

Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant F.Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bu halı xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir.

​Qeyd edilən videoyazıda Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar olaraq toplanılmış materiallar müvafiq hüquqi qiymətin verilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi prokurorluğuna göndərilib, leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb", - məlumatda qeyd edilib.

Tarix
2019.11.08 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla