Yuxarı

Müsavatın Avropadakı sədri və müavini həbs edildi – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müsavatın Avropadakı sədri və müavini həbs edildi – Təfərrüat

10:43

Evlәrdә vә ofislәrdә axtarış Koblenç Prokurorluğunun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir).

Axar.az xəbər verir ki, bu sözləri jurnalist Yafəs Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərinin saxlanması barədə qeyd edib.

Onun sözlərinə görə, saxlanılanlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır:

“Cinayәt işinә әsaslanmış sanksiyadakı mәlumatların qısaldılmış forması belәdir: Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs Xәlilbәyli (Avropada yaşayan siyasi mühacir, Müsavat Partiyasının üzvü, Müsavat Avropa Koordinasiya Mərkəzinin sədr müavini – red.) әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri verib. Guya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.

O, gәtirdiyi adamlara özünün Almaniyada sözükeçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә o, qurbanlarının әlindәn hәqiqi sәnәdlәrini alıb.

O, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (İlham Hәsәn - Müsavat Avropa Koordinasiya Mərkəzi sədri – red.) vә tәqsirlәndirilәn Cavadovun vasitәsiylә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub.

Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbəyliyә saxta sәnәdlәr göndәrib.

Çoxsaylı azәrbaycanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub”.

Qeyd edək ki, Almaniya hüquq-mühafizə orqanlarının Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində həyata keçirdiyi əməliyyat nəticəsində siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən 8 azərbaycanlı saxlanılıb.

Tarix
2019.11.14 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Sumqayıtın bu ərazisində qaz olmayacaq

İlham Əliyev qardaş ölkələrə təşəkkür etdi - Video

İmanovdan vəhhabi iddiasına cavab - Video

Türkiyə Rusiyadan imtina edir - Gözlənilməz dəyişiklik

Putinlə İlham Əliyevin görüşü təsdiqləndi

“Nar” bu analitik nəşrə dəstək verdi

Rusiya Cənubi Qafqazın bu ölkəsinə açıq dəstək verdi

Zakir Həsənov Türkiyəyə səfər etdi

Rusiya Azərbaycana birgə hərbi təlim keçirməyi təklif etdi

Azərbaycan və Oman 200 milyon dollarlıq fond yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla