Yuxarı

"Sabah"dan azarkeşlərə daha bir jest

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah"dan azarkeşlərə daha bir jest

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi 4 ev oyunu üçün VİP paket biletlər satışa çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bilet sahibləri "Slaviya Praqa" (Çexiya), "Borussiya Dortmund" (Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər.

Qeyd olunub ki, VİP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bildirilib ki, bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək.

VIP paket biletin qiyməti 1 500 manatdır və dörd qarşılaşmanın hamısına şamil edilir.

Qeyd edək ki, VİP sektorda əyləncəli tədbirlər ancaq "Slaviya Praqa", "Borussiya Dortmund" və "Barselona" ilə oyunları əhatə edəcək.

Xatırladaq ki, "Sabah" klubu bir neçə gün əvvəl ÇL-dəki ev oyunları üçün vahid biletləri satışa çıxarmışdı.

Tarix
2026.09.25 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla