Yuxarı

Oqtay Əsədov Bakının Rusiyaya səs verməsindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oqtay Əsədov Bakının Rusiyaya səs verməsindən danışdı

"Rəsmi Bakı bütün hallarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək"

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov AŞPA-da Azərbaycanın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinə səs verməsi ilə bağlı yaranan müxtəlif fikirlərə aydınlıq gətirib.

Axar.az APA-ya istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən O.Əsədov buna görə Azərbaycanı ittiham edənlərə Avropanın Dağlıq Qarabağ münaqişəsinə münasibətini xatırladıb.

O qeyd edib ki, rəsmi Bakı bütün hallarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək:

Ancaq biz sanksiyalara qoşulmuruq, bunun əleyhinəyik. Guya deyirlər ki, Azərbaycan işğalçıya dəstək verir, işğalçıya haqq qazandır və sair. Xeyr. Bu, qətiyyən belə deyil. Biz sadəcə sanksiyalar əvəzinə, dialoqun tərəfdarıyıq. Necə ki, elə həmin Avropa Dağlıq Qarabağ məsələsində ermənilərə sanksiya tətbiq etmək əvəzinə, bizə ancaq dialoq təklif edir. Biz də onlara elə onların öz variantlarını hər yerdə eyni tətbiq etməyi təklif edirik. Bu o demək deyil ki, Ukrayna ilə bağlı nəsə mənfi mövqedəyik. Biz bütün mənalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik".

Tarix
2015.02.02 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla