Yuxarı

Ermənistanda parçalanma: Sərkisyanın sonu gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda parçalanma: Sərkisyanın sonu gəlir

"Baş vermiş bu hadisə - etirazçıların Şuşanın girişində döyülməsi Ermənistan hakimiyyətini parçalaya biləcək bir olaydır".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev Ermənistanda fəaliyyət göstərən "Rejimsiz 100 il" hərəkatının böyük yürüş planını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, dünənə qədər Dağlıq Qarabağı müstəqil bir dövlət kimi dünyaya sırımağa cəhd edən Ermənistan əsl mahiyyətini – Qarabağın "müstəqilliyini" ortaya qoydu:

"Baş verən bu olayda Sərkisyanın xüsusi bir planı var. Sərkisyan Ermənistanda edə bilmədiyini Dağlıq Qarabağın ərazisində etməyə çalışır. O, etirazçılara heç bir vaxt öz ölkəsində bu cür münasibət sərgiləyə bilməz. Məhz bu baxımdan da zəif olan Ermənistan prezidenti bunu Bako Saakyanın əli ilə Dağlıq Qarabağda etməyə çalışır. Dünən etirazçıların Şuşa girişində döyülməsi ondan xəbər verir ki, Sərkisyan Qarabağ separatçılarının əli ilə ölkədəki etirazçıları cəzalandırmaq istəyir. Ancaq bilmir ki, bu hadisənin özü Ermənistan cəmiyyətində parçalanmalara yol aça bilər. Məsələ burasındadır ki, Sərkisyan nə etdiyini heç özü də bilmir. Çünki Ermənistanda onsuz da aksiyalar davam edir və əgər etiraz dalğası Dağlıq Qarabağa da sıçrayarsa, bax bu zaman Sərkisyanın sonu gələr. Çünki məlumdur ki, Dağlıq Qarabağdakı həyat rifahı Ermənistandakıdan daha da pisdir".


Politoloq sözügedən məsələdə çox önəmli məqamları da diqqətə çatdırıb:

"Hazırda Dağlıq Qarabağdakı ermənilərə Ermənistan pasportu verilmir. Niyə? Çünki bu baş tutsa, onlar dərhal ölkəni tərk edəcəklər. Bax, işin ən əsas məqamı da burasındadır ki, Sərkisyan indi qorxu içərisindədir. O, ehtiyat edir ki, etiraz dalğası Dağlıq Qarabağa da sıçraya bilər. Ona görə də indi belə bir riskə gedərək Dağlıq Qarabağ separatçılarını susdurmaq məcburiyyətində qalıb. Ancaq qeyd edim ki, hazırda ölkədə vəziyyət heç də yaxşı deyil. Sərksiyan iki ən yaxşı pis arasında özünə sərf edən ən yaxşı pisi seçib. Bu, bütövlükdə Ermənistandakı hakimiyyətə çox böyük zərbə vuracaq".

Xatırladaq ki, ötən gün Ermənistanda "Rejimsiz 100 il" hərəkatı yürüyüş keçirmək istəyib. Lakin separatçı rejimin nümayəndələri 43 avtomobildən ibarət maşın karvanının işğalda saxladıqları Azərbaycan şəhəri Şuşaya girişinin qarşısını alıb.

Tarix
2015.02.03 / 09:19
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Estoniya XİN başçısı Azərbaycana gəldi

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla