Yuxarı

Təşkilat rəhbərlərinə açıq şəkildə dedim... - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Neft Fondu ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir qurumdur.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

İlham Əliyev Fondun beynəlxalq imici də çox müsbət olduğunu bildirib:

“Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Fond BMT-nin mükafatı ilə təltif edilmişdir. Onu da bildirməliyəm ki, mənim təşəbbüsümlə Azərbaycan o vaxt Böyük Britaniyanın baş naziri tərəfindən irəli sürülmüş təşəbbüsə qoşuldu. Təşəbbüsün adı Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü idi. Azərbaycan bu təşəbbüsə qoşulan və onun bütün meyarlarını təmin edən ilk ölkələrdən idi. Uzun illər biz bu təşkilat çərçivəsində fəaliyyət göstərmişdik. Ancaq görəndə ki, artıq bu təşkilat öz mahiyyətini itirir, burada siyasiləşmə prosesi gedir və Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşma tətbiq olunur, biz məsələ qaldırdıq ki, əgər buna son qoyulmasa, Azərbaycan bu təşkilatdan çıxacaqdır. O vaxt mən bunu bildirəndə, sözün düzü, təşkilatın rəhbərliyi buna o qədər də inanmadı. Yadımdadır, o vaxt mənim təşkilatın rəhbər işçiləri ilə görüşüm keçirilmişdir və mən açıq dedim ki, mənim sözümlə əməlim arasında fərq yoxdur. Əgər deyirəmsə, biz buradan çıxacağıq və belə də oldu. O qərarı biz qəbul etdik, o, asan qərar deyildi. Çünki biz bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri kimi, bu təşkilatın formalaşmasında da önəmli rol oynamışdıq. Ancaq həyat göstərdi ki, nə qədər düzgün addım atıldı. Bizdən bir qədər sonra Amerika Birləşmiş Ştatları da bu təşəbbüsdən çıxdı və beləliklə, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü adlandırılan qurum tamamilə nüfuzdan düşdü və bu gün onun adı heç yerdə çəkilmir. Bu təşkilatda üzvlüyümüz, əslində, bizim niyyətimizə o qədər də böyük təsir etmədi. Çünki şəffaflıq bizim şüurlu seçimimizdir və bu gün Dövlət Neft Fondu dünyadakı suveren fondlar arasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biridir. Mən yaxşı bilirəm ki, buna oxşar bəzi fondlar son vaxtlar böyük itkilərə məruz qalmışdır, çünki onlar çox riskli siyasət aparırdılar, daha çox pul qazanmaq əzmində idilər. Bizim isə yanaşmamız, - mən bunu həmişə demişdim, - konservativ olmalıdır, mühafizəkar olmalıdır. Bizim əsas vəzifəmiz vəsaiti qorumaqdır və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır. Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir. Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, Fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində biz vəsait itirmədik və Fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də Fondun vəsaiti azalmadı. Mən imkan vermədim. Biz xərcləri azaltdıq, böyük qənaət tədbirlərinə yol açdıq, strateji valyuta ehtiyatlarımızı qoruduq və onları artırdıq. Deyə bilərəm ki, bu, çox nadir hallarda baş verən hadisədir. Çünki o dövrdə, neftin qiymətinin kəskin - 4 dəfə düşməsi dövründə bütün suveren fondlar böyük pullar itirdi. Milyardlarla, on milyardlarla dollar itirildi. Biz isə itirmədik, ona görə ki, çox düşünülmüş siyasət aparırıq”.

Tarix
2019.11.30 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

Prezidentdən qərar: Bu agentlik ləğv olunur

İlham Əliyev fərman imzaladı

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

Prezident onlara yüksək vəzifə verdi - Foto

COP29-da mühüm razılıq əldə olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla