Yuxarı

Mir Şahin: PA-nın ictimai-siyasi şöbəsinin ləğvi... – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:34

Ölkə dəyişir, dövlətin idarəolunma mexanizmi dəyişir və sürətlə dəyişir ki, təhlil etməli olduğun mövzu üzərində lazım olduğu qədər dayanmağa da çatdırmırsan, çatdıra bilmirsən.

Sinoptik dili ilə desək, bir həftəyə illik normadan artıq düşür. İlham Əliyev dövlətin bütün istiqamətərinin avanqardındadır. O bir yandan dövlətin inkişaf istiqamətlərinin lokomotivi olaraq qalır, Azərbaycanı 4-cü sənaye transformasiyasının standartlarına uyğunlaşdırır, digər tərəfdən isə öz menecmentini müxalifətin qeydə almalı olduğu, amma qeyri-peşəkarlığı nəticəsində gözdən qaçırdığı, daha doğrusu heç görə bilmədiyi çatışmazlıqları konseptual olaraq ləğv edir. Bununla da nə qədər qəribə səslənsə də, içində bir özünəmüxalifətçilik ovqatı formalaşdırmaqla həm də müxalifətin avanqardı təsiri bağışlayır.

Biz bu yaxınlarda ilin ayrı-ayrı siyasi-ictimai fraqmentləri üzərində dayanarkən 2018-ci ildəki Prezident Əliyevin 2003, 2008, 2015-ci ildəki özündən tam fərqli olduğunu demişdik. Bu gün baş verən proseslər də müşahidələrimizin dəqiq olduğunu deməyə əsas verir. İlham Əliyev çevik manevrlərlə mobil, çoxfunksiyalı idarə pultu yaradır.

Prezident Administrasiyasının yeni strukturunun təsdiqi göstərdi ki, Dövlətimizin Baş Binasının ierarxik interyeri keyfiyyətli şəkildə yenilənir. İctimai-siyasi şöbə kimi uzunmüddətli, sümükləşmiş idarəçilik elementinin bir qələmlə ümumiyyətlə ləğv edilməsi, onun, habelə Adminstrasiyanın bir sıra başqa qurumlarının da funksiyalarının, səlahiyyətlərinin daha konkret şəkildə yeni ştat sisteminə uyğun olaraq şaxələndirilməsi bizi daha çevik və daha səmərəli idarəetməyə hazırlayır.

Bəlkə də ilk baxışda diqqəti çəkməyən, amma kifayət qədər ciddi, vətəndaşlarla ünsiyyətin qlobal çağırışlara uyğun olaraq daha səmimi və daha mədəni formatına keçidini əks etdirən detala da toxunum. Dövlət idarəetmə ovqatını sırf adminstrativdən xalis səmimiyyətə keçirməli olan bir dəyişiklikdən bəhs edirəm. Yadınızdasa, biz elə burdaca şərh verərkən Prezidentin-azsaylı seçilmişlərlə görüş formatından açıq ünsiyyətə keçən, hündür bir yerə çıxaraq əhalidən əlbəəl məktub yığan, hətta xalqla birlikdə oxunan nəğməyə qoşulan Əliyevin yeni ictimai rəftar, fərdi davranış daşıyıcılarıyla işləyəcəyinin yaxın zamanın işi olduğunu qeyd etmişdik. Bax elə onda görünürdü ki, inzibati kirəcləşmənin bütünlüklə yumşaldılması və büsbütün yuyulması, tam şəffaflaşdırılmasına çox qalmayıb. Buyurun. Dövlət-vətəndaş formatının tələb etdiyi insani təmas məzmunu özünəuyğun qəlbi, formanı zəruri edir.

Vətəndaş məmnunluğunun ASAN-dan, DOST-dan keçən yolu - sadə münasibətlər sistemi, şəffaf fon Azərbaycanın Baş Binasının ayrı-ayrı şöbələrinə də daxil olmaqdadır. Buna qədər edilən dəyişikliklərin ardınca son tamamlama işləri aparılır. İşlək, avtomatlaşdırılan aparat yaradılır. Və niyə də olmasın. Bir halda ki, bu komanda Prezident tərəfindən verilib və ASAN da, DOST da, ABAD və başqa belə yeniliklçi qurumlar da Əliyevin ideya və təşəbbüslərinin nəticəsidir.

Beləliklə, sistem islahatları davam edir, özü ilə yeni ovqat, nəzakət, ədəb davranış tərzi gətirməklə. Elə bu səbəbdəndir ki, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri uzun müddət Mədəniyyət nazirinin müavini vəzifəsində çalışmış Ədalət Vəliyevdir. Şöbəyə məhz mədəniyyət sahəsində ixtisaslaşmış bir mütəxəssisin təyinatı yeni yaradılan post üçün təklif edilən atmosferi təqdim etməkdədir. Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələləri əhatə edəcək genişdiapazonlu, xeyli yenilənmiş şöbəyə də mədəniyyət yetirməsi Fərəh Hüseynova rəhbərlik edəcək. Mədəniyyət və incəsənət ruhunun daşıyıcısı olan bir menecer kimi.

Təyinatlardan görünür ki, xalis inzibatçılıq Prezidentin təklif etdiyi qalstuksuz, səmimi davranışın üstünlük təşkil etdiyi əhval-ruhiyyə ilə əvəz olunur. Qeyri Hökumət Təşkilatları və Kommunikasiya üzrə işlər də indiyədək bir qurumun qeyri-rəsmi qolu kimi ümumi tərkibdə fəaliyyət göstərirdisə, bundan sonra hər iki sahənin daha detallı, daha nöqtəvi idarəçiliyi üçün səmərəli alət var. Adı da üstündə. Qeyri-Hökumət Təşkilatları və Kommunikasiya üzrə şöbə. Prezident Administrasiyasının yeni təbiəti özündə bir nəzakətlilik, qədərincə kübarlıq və xoşsimalıq kimi xüsusiyyətləri birləşdirir. Ana dilindən başqa ən azı bir başqa dili də mükəmməl bilmək də yeni standartlardandır.

Dedik ki, həftə ərzində həddən artıq və çox ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklər islahatların ya səbəbi, ya da nəticəsi olaraq ortadadır. Dəyişikliklər içində Milli Məclisin buraxılması təşəbbüsü ilə hakim partiyanın çıxış etməsi də var, Prezidentin yeni dövr idarəetmə standartlarının tətbiqini əks etditən struktur islahatlarının davamı da. Başqa vaxt təkcə Əli Həsənov-təxminən bir qərinə ölkənin əsas binasında, ictimai-siyasi məsələlərin tənzimlənməsinə, mediya və mətbuat müstəvisinə görə cavab vermiş fiqur ətrafında az qala iki saat danışmaq, müsbətli-mənfili xeyli məqam araşdırmaq olardı. Ya da Azərbaycan Parlamentinin buraxılması təşəbbüsü və növbədənkənar seçkilərin təyin edilmə ərəfəsinin təhlilini saatlarla təhlil etmək olardı. Amma biz bunu etmirik, təhlil axşamına başqa bir faktdan başlayırıq. Və elə hesab edirik ki, Bakı Dövlət Universitetinin - bu milli-elmi-mənəvi sərvətimizin yubileyində Prezidentin etdiyi çıxış təyinatına görə xüsusidir. Diqqətlə baxaq və görəcəyik ki, baş verən son hadisələrin ümumilikdə anonsunu Prezident bu çıxışında vermişdi. İlham Əliyev tərbiyə mövzusunu dövləti etika, milli ideologiya səviyyəsinə qaldıraraq təhlil etdi...

Tarix
2019.12.01 / 22:27
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla