Yuxarı

"ABŞ Qarabağ separatçılarına maliyyə yardımı edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"ABŞ Qarabağ separatçılarına maliyyə yardımı edir"

"Azərbaycan çox vaxt onun müstəqil mövqeyi ilə barışa bilməyən bəzi Qərb siyasətçilərinin əsassız tənqid obyektinə çevrilir".

Report xəbər verir ki, bu barədə "Lenta.ru"ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib.

"Azərbaycan beynəlxalq əlaqələrini bərabərhüquqluluq prinsipi və qarşılıqlı səmərəlilik əsasında qurur. Bu baxımdan Qərb dövlətləri, o cümlədən ABŞ da istisna deyil", - N.Məmmədov qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın mövqeyində ikitirəlik yoxdur və rəsmi Bakı hər zaman müntəzəm dialoq, qarşılıqlı əməkdaşlıq və başqa ölkələrin daxil işlərinə müdaxilə etməməyin tərəfdarı kimi çıxış edib.

PA rəsmisi ayrı-ayrı ölkələrin mövqeyindən və ikili standartlar siyasətindən heyrətə gəldiyini bildirib.

N.Məmmədov qeyd edib ki, bəzi xarici tənqidçilər Azərbaycanı gözdən salmağa çalışırlar.

"ABŞ Dağlıq Qarabağın separatçı rejiminə birbaşa maliyyə dəstəyi göstərir. Bununla belə, digər regionlarda eyni vəziyyətlərdə ABŞ sanksiya siyasətini tətbiq edir və öz maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir", - o vurğulayıb.

Tarix
2015.02.04 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla