Yuxarı

Erməni politoloqdan ilginc Qarabağ etirafı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağın güc orqanları tərəfindən müxalif "Təsis parlamenti" təşkilatının təşəbbüsü ilə avtoyürüş iştirakçılarının döyülməsi Qarabağ hökumətində belə bir əminliyin nəticəsidir ki, onlar guya müstəqil dövlətdirlər".

Musavat.com xəbər verir ki, belə bir fikri Ermənistanın Kanadadakı keçmiş səfiri, "Modus vivendi" analitik mərkəzinin rəhbəri Aar Papyan söyləyib.

Onun sözlərinə görə, Qarabağ de-fakto Ermənistanın bir vilayətidir: "Müvafiq şəkildə yerli hakimiyyət də vilayət rəhbərliyidir".

"Müstəqillik təkcə Azərbaycandan müstəqil olmaq demək deyil, bütün ölkələrdən, o cümlədən Ermənistandan müstəqil olmaq deməkdir. Ancaq Qarabağ necə müstəqil ola bilər ki, onun iqtisadiyyatı bütünlüklə Ermənistanın verdiyi (ötən il o, 112 milyon olub) əvəzi ödənməyən kreditlərə əsaslanıb? Dağlıq Qarabağın hərbi təhlükəsizliyini də bütövlükdə Ermənistan təmin edir. Dünyada da Qarabağı Ermənistan təmsil edir. Qarabağ heç Minsk Qrupunda da yoxdur. Deməli, bizdən savayı heç kim Qarabağın müstəqilliyini tanımır", - deyə Papyan separatçı rejimə xitabən bildirib.

Tarix
2015.02.04 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla