Yuxarı

Klaçkov: “Qərbin Bakıya təzyiq edəcəyinə inanmıram”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klaçkov: “Qərbin Bakıya təzyiq edəcəyinə inanmıram”

"Avropa Şurasının Parlament Assambleyasında Rusiyanın səsvermə hüququndan məhrum edilməsilə bağlı qətnaməyə Azərbaycan müstəqil və obyektiv mövqe nümayiş etdirdi".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov söyləyib.

O, Qərbin Azərbaycana bu səsvermədən sonra təzyiqi gücləndirəcəyinə inanmadığını bildirib:

"Burada Qərbin bu tip səsvermədən sonra hansısa sərt cəzalandırmasından qorxmaq gərək deyil. Əksinə, manevr etmək və strateji cəhətdən doğru kurs qurmaq əvvəlkindən daha çox tələbata çevrilib. Azərbaycanı Qərbin sanksiyaları ilə artıq birinci dəfə deyil ki, qorxudurlar. Mən yaxın zaman ərzində Qərbin Azərbaycana təzyiqlərini gücləndirəcəyini düşünmürəm. Hazırda ölkədə stabil siyasi rejimin gücləndirilməsi üçün gözəl imkan var. Bakı öz xarici siyasət kursunu seçmək imkanına sahibdir. Sözsüz ki, müxtəlif KİV-lər, xüsusi hazırlanmış ictimai strukturlar və gənclər təşkilatları vasitəsilə turbulent zonanın yaradılması üçün fəaliyyət davam edəcək. Amma Azərbaycanın öz iradəsini ortaya qoyması ilk dəfə olan hadisə deyil. Bunun üçün "Qoşulmayanlar hərakatı"na üzv olmaqla bağlı situasiyanı xatırlamaq lazımdır. Aydındır ki, buraya üzvlük NATO-nun regiona təsirini ciddi şəkildə zəiflədir. Bununla da demək lazımdır ki, Azərbaycanın Avropa Şurasında verdiyi səs onun ədalətli xarici siyasət xəttinin davamıdır".

Tarix
2015.02.06 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla