Yuxarı

“Seçim Azərbaycan və Xəzər qazı olarsa...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Seçim Azərbaycan və Xəzər qazı olarsa...”

"Rusiya Qafqazdan Avropaya nəql olunan qaza və bütün alternativlərə kifayət qədər sərt yanaşır və əlindəki vasitələrlə bunun qarşısını almağa çalışır".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu bu yaxınlarda Aşqabadda Azərbaycan-Türkmənistan-Türkiyə Xarici İşlər nazirlərinin "Transxəzər" layihəsi ilə bağlı baş tutan görüşünün ardından Rusiyanın dərhal hərbi təlimlərə başlamasına münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, Rusiya gərginliyi artırmaq üçün müxtəlif vasitələrə əl ata bilər:

"Bildiyiniz kimi, Azərbaycan və Türkmənistan qazı Türkiyə vasitəsilə ən son variantda Yunanıstandan keçməlidir. Məsələ burasındadır ki, Rusiyanın buna təsir etmək imkanı təkcə hərbi təlimlərlə məhdudlaşmır. Qeyd edim ki, Rusiya hazırkı dönəmdə buna nəinki Yunanıstanda, eyni zamanda, Türkiyədə də təsir göstərə bilər. İki məqamı xüsusilə vurğulamaq istəyirəm. Birincisi, "Cənub axını" Türkiyə üçün çox əlverişli bir layihədir. Çünki Türkiyədə hesab edirlər ki, Rusiya ilə bu cür qaz anlaşmasına getmək Ankaraya böyük gəlirlər qazandıracaq. İkincisi, TAP və TANAP-la bağlı bəzi mübahisəli məqamlar var. Məsələn, Türkmənistan və İranın bura qoşulub-qoşulmayacağı hələ sual altındadır. Əslində, bunları boş yerə qeyd etmədim. Çünki belə bir şəraitdə Rusiyanın bu məqamlardan istifadə edərək "Transxəzər" layihəsinə təsir etmə imkanları genişdir. Fikir verin, Yunanıstanın yeni hökuməti bildirib ki, SOCAR-ın DESFA-nı alma məsələsində son söz Avropa Birliyinindir. Biz də çox yaxşı bilirik ki, AB buna etiraz edir. Diqqət edin, artıq problemlər yaranmağa başlayıb. İndi Yunanıstanın AB ilə hesablaşmadan buna imza atacağını gözləmək də yalnış olardı".

Politoloq qeyd edib ki, bütün bunları nəzərə alaraq bölgədə, xüsusilə də Gürcüstan və Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün Moskvanın təsir imkanları təkcə hərbi təlimlərlə məhdudlaşmayacaq:

"Rusiya müxtəlif vasitələrə əl atacaq. Yuxarıda qeyd etdiyim Yunanıstan və Türkiyə vasitəsilə təsir imkanları kimi. Buna görə də "Transxəzər" layihəsinin reallaşması üçün ilk növbədə alıcının - Avropanın konkret mövqeyi olmalıdır. Əgər seçim Azərbaycan və Xəzər bölgəsinin qazı olarsa, heç şübhəsiz ki, bu, üçlüyün mövqeyini regionda daha da gücləndirəcək".

Tarix
2015.02.07 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla