Yuxarı

Bu şəxslər yeni qaydada sığortalanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər yeni qaydada sığortalanacaq

Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunacaqlar.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən yeni - 2-1-ci maddədə (İcbari sığortanın aidiyyəti) əksini tapıb.

Sığorta olunanların və sığortalıların uçotu qaydası da bu maddədə nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Qeyd olunan sığorta olunanlara münasibətdə sığortaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan olacaq. Kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərən sığortaçılara aid tənzimləmə və nəzarət tədbirləri bu sığortaçıya şamil edilməyəcək. Nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə həmin maddəyə uyğun olaraq ödənilən sığorta haqlarının 5 faizədək həcmində müəyyən edilən vəsaitin məcmusu olacaq sığorta ehtiyatı fondu yaradılacaq.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun dövlət icbari şəxsi sığorta münasibətlərinə şamil edilməyəcək. Bununla əlaqədar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və annuitet müqaviləsi (sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi) yuxarıda qeyd edilən şəxslərə şamil olunmayacaq.

Digər sığortalılarda çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə münasibətdə isə sığortaçı Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin “Sığorta fəaliyyəti haqqında” qanun ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs olacaq.

Tarix
2025.11.06 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi - Foto

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla