Yuxarı

Prezident Münhendə ölkə başçıları ilə müzakirələr apardı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Münhendə ölkə başçıları ilə müzakirələr apardı - Foto

Almaniyanın Münhen şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu gün daha iki görüş keçirib.

Axar.az xəbər verir ki, İlham Əliyevin ilk görüşü Finlandiya Prezidenti Sauli Niinistö ilə baş tutub.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edilib, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezidentin növbəti görüşü isə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə olub.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi, qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olunub.

Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tarix
2015.02.07 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla