Ana səhifə Gündəm |
Görkəmli idmançılara müraciət edərək onları bu işə dəvət edirəm. Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər. Düzdür, bizim bəzi televiziya kanallarında aerobika, başqa fiziki fəallıqla bağlı verilişlər var.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
"Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, ancaq buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaqdır.
İndi bizim böyük şəhərlərdə idman komplekslərimiz var, ancaq kənd yerində bu, yoxdur. Düzdür, bəzi kəndlər şəhərlərə yaxın yerləşir və orada yaşayan uşaqlar, yeniyetmələr idman komplekslərinə gedə bilirlər. Ancaq bəzi ucqar kəndlər var. Ona görə kənd idmanının inkişafı üçün xüsusi proqram tərtib edilməlidir, buna diqqət verilməlidir. Ucqar kəndlərdə yaşayan uşaqlar bəzi hallarda bilmirlər nə ilə məşğul olsunlar. Orada o bölgəyə uyğun olan formada idman qurğuları tikilməlidir, yarışlar keçirilməlidir, rayon yarışları. Nə üçün bizdə rayon yarışları keçirilmir? Hesab edirəm ki, bu, böyük boşluqdur, böyük qüsurdur. Rayon idman yarışları keçirilsin. Bu, həm idmanın inkişafına xeyir verər, həm də idmanın kütləviliyini təmin edər. Ona görə idmanla məşğul olan bütün qurumlara mənim tapşırığım bundan ibarətdir", - Prezident qeyd edib.
Tarix
2019.12.26 / 01:37
|
Müəllif
Axar.az
|