Yuxarı

Millət vəkili: “Bu qurumlar ləğv olunmalıdır” - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Bu qurumlar ləğv olunmalıdır” - Siyahı

"Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər qurumların ləğvi dövlətin idarəetmə sisteminin effektivliyini artırmağa hesablanıb".

Bunu Axar.az-a açıqlamasında son günlərdə Prezident İlham Əliyevin bəzi dövlət strukturlarında islahatlar aparmasına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. O, dövlət qurumlarının vahid mərkəzdən idarə edilməsi prosesinin başladığını və bunun davam edəcəyini bildirib:

"Torpaq Komitəsinin ləğvini neftin qiymətinin düşməsi fonunda məcburi ixtisarlar aparmaq kimi qələmə vermək çox yanlış olardı. Çünki 27 milyardlıq büdcə xərclərindən Torpaq Komitəsinə düşən vəsait cəmi 5 milyon dollara yaxın idi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər qurumların ləğvi dövlətin idarəetmə sisteminin effektivliyini artırmağa hesablanıb. Nəzərə almalıyıq ki, daha çox qurumların mövcudluğu bir sıra hallarda təkrarçılığa səbəb olur. Həmçinin ayrı-ayrı funksiyaların müxtəlif qurumlar tərəfindən yerinə yetirilməsi vahid dövlət siyasətini çətinləşdirir. Bu strukturların vahid mərkəzdə birləşməsi vətəndaşların işlərini asanlaşdıracaq. Artıq bu proses başlayıb və davam edir. Mən çox arzu edirəm ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilsin. Çünki ölkədə aqrar siyasət KTN hesabına reallaşdırılır. Həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyinin bir strukturuna çevrilə bilər. Bir sözlə, idarəçilik təkmilləşdirildikcə neft amilindən nisbətən xilas ola biləcəyik".

Qeyd edək ki, fevralın 3-də Bakı şəhəri Vergilər Departamenti, fevralın 5-də isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib.

Tarix
2015.02.10 / 23:07
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Prezident və xanımı Şamaxıya getdi

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla