Yuxarı

AZSET proqramının ilk tələbələri ilə görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZSET proqramının ilk tələbələri ilə görüş keçirildi

“AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib.

Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, Münhen Texniki Universitetinin (TUM) vitse-prezidenti Dr. Alex Braun, “TUM” professoru və AZSET proqramının akademik rəhbəri Hussam Amrouch və digər qonaqlar iştirak ediblər.

Səmimi ünsiyyət şəraitində keçən görüş zamanı AZSET-in tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik olunub, onlara uğurlar arzulanıb. Tələbələrlə proqramın tədris prosesi, akademik mühit və qarşıdakı mərhələlər barədə söhbət aparılıb.

Tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran sualları ünvanlayıblar. Söhbət zamanı müasir mühəndislik və texnologiya sahələrində təhsil, praktiki təcrübə və sənaye ilə əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.

Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinin, yeni texnologiyaları yaxından öyrənməsinin və gələcək peşəkar inkişaflarına indidən hazırlaşmasının vacibliyi qeyd olunub.

AZSET haqqında

AZCON Mühəndislik və Texnologiya Məktəbi AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın akademik dəstəyi ilə 14 may 2026-cı il tarixində təsis edilib.

AZSET innovativ bakalavr proqramı ali təhsil və sənaye arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıraraq tələbələrin nəzəri biliklərini real iş təcrübəsi ilə birləşdirir. Beynəlxalq akademik standartlara əsaslanan bu model ölkənin gələcək texnoloji ehtiyaclarına cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edir.

Tarix
2026.09.17 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Prezident və xanımı Şamaxıya getdi

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla