Yuxarı

Əliyev bu məqsədə çatmaq üçün... - Ukrayna mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev bu məqsədə çatmaq üçün... - Ukrayna mediası

Ukraynanın tanınmış lb.ua portalında ölkəmizin səfiri Azər Xudiyevin “Azərbaycanın xarici siyasətində yeni strateji element: 2019 təcrübəsi” sərlövhəli məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətdən bəhs edilib, 2019-cu ildə Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar qeyd olunub.

“Azərbaycan regional və qlobal siyasətini ardıcıl siyasi və məntiqi prinsiplər əsasında həyata keçirdi. Bu siyasətin əsas məqsədi hazırkı geosiyasi vəziyyətin əsas amillərinə diqqət yönəldərək regional və qlobal siyasətlərin birləşdirilməsidir. Belə bir siyasi xəttin əsas tezisi regional əməkdaşlığın inkişafıdır. Azərbaycan Prezidenti bu məqsədə çatmaq üçün bir mexanizm yaratdı: regional səviyyədə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının qlobal miqyasda çoxtərəfli əməkdaşlıq formatları ilə birləşməsi. Bu metod 2019-cu ildə praktiki cəhətdən effektivliyini sübut etdi”, - deyə məqalədə vurğulanıb.

Müəllif Azərbaycanın mühüm beynəlxalq tədbirlərin təşkil olunduğu platformaya çevrildiyini qeyd edərək 2019-cu ildə də ölkəmizdə bir sıra mötəbər tədbirlərin keçirildiyini bildirib.

Tarix
2019.12.28 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla