Yuxarı

Daha bir ölkədə Azərbaycan Evi yaradıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ölkədə Azərbaycan Evi yaradıldı - Foto

Xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadıqları şəhərlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan evlərinin yaradılması prosesi davam edir.

Axar.az xəbər verir ki, dekabrın 27-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan evinin açılış mərasimi keçirilib.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi İbrahim Səfərli, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, diaspor fəalları və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə səfir Vilayət Quliyev, Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova, macar icmasının təmsilçisi Farkaş Jozef, Subyektiv Dəyərlər Fondunun (Subjective Values Foundation) rəhbəri Marsel Lorinç, diaspor təşkilatlarının rəhbərləri Ramiz Əmirli, Svetlana Abdullayeva, Əliağa Ağayev və Cavid Əhmədov çıxış edərək soydaşlarımızı bu önəmli hadisə münasibətilə təbrik ediblər. Onlar bu addımı uzun illər Azərbaycan evinin yaradılması arzusu ilə yaşayan soydaşlarımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dövlətimizin böyük hədiyyəsi və qayğısı kimi dəyərləndiriblər. Dövlət Komitəsinin Strateji Yol Xəritəsinə uyğun olaraq xaricdə açılan Azərbaycan evlərinin soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, azərbaycançılııq ideologiyası ətrafında birləşməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan evlərinin dövlətini və xalqını sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq bir müzakirə məkanı, görüş yeri olduğu vurğulanıb. Tədbirdə macar dostların iştirakı xalqımızın multikultural ənənələrin daşıyıcısı olması, bəşəri dəyərlərə hörmətlə yanaşması və yaşadığı cəmiyyətə sıx inteqrasiyası kimi qiymətləndirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Xatırladaq ki, bu, son həftə ərzində xaricdə açılan 3-cü Azərbaycan evidir. Dekabrın 24-25-də Almaniyanın Berlin və Köln şəhərlərində Azərbaycan evlərinin açılış mərasimləri keçirilib.

Tarix
2019.12.28 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla