Yuxarı

Qərb bütün cəbhələrdən geri çəkilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb bütün cəbhələrdən geri çəkilir

"Rusiya son addımlarıyla sübut etdi ki, Ukraynanı asanlıqla əlindən verməyəcək".

Axar.az xəbər verir ki, bu açıqlama ilə analitik Vüqar Zifəroğlu çıxış edib.

O, getdikcə şiddətlənən iqtisadi sanksiyaların hələlik rəsmi Moskvanı qorxutmadığını bildirib:

"Amma maraqlı məqam Qərbin də güzəştə gedə bilmək üçün geriyə çəkilməyə yerinin olmamasıdır. Qərb Ukraynanı güzəştə gedə bilməz. Əslində, Rusiyaya münasibətdə atılacaq güzəştli addım avtomatik olaraq Rusiyanın SSRİ dövründə olduğu kimi Şərqi Avropaya əl atması və post-sovet məkanında birmənalı şəkildə öz avtoritetini qəbul etdirməsi ilə nəticələnə bilər. Yəni tərəflərin güzəştə getməyə yeri yoxdur. Oyuna çox şey qoyuldu. İndi artıq masaya təkcə Ukraynanın şərqi və ya Krım qoyulmayıb. Burada həm də post-sovet məkanı, Baltikyanı ölkələrin (Ukraynadan sonra növbə Litvanındır - bu ifadəni yadınıza salın) taleyindən söhbət gedir. Bu, həm də Yəməndəki mövqelərini bərkitməklə artıq az qala ərəblərin içinə qədər irəliləməyə müvəffəq olmuş İranın və yaxın müttəfiqi Suriyanın mövqelərinin daha da güclənməsidir. Qərb indiyədək tətbiq etdiyi riyakar ikili standartlardan ibarət olan siyasətinin əsirinə çevrilib. Rusiya isə imperiya qurur. Yekun nəticə olaraq onu vurğulamaq olar ki, əgər Rusiyanın daxilində anti-Putin hərəkatı baş qaldırmasa və iqtidar dəyişikliyi olmasa, ya Qərb tamamilə öz simasını itirərək Moskvanın qarşısında ciddi güzəştlərə getmək məcburiyyətində qalacaq, ya da ki, açıq şəkildə Üçüncü Dünya Müharibəsi başladacaq. Mən müharibə olacağına inanmıram".

Tarix
2015.02.12 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla