Yuxarı

Pirverdiyevin işçiləri prezident sərəncamına qarşı çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pirverdiyevin işçiləri prezident sərəncamına qarşı çıxdı

Prezident sərəncamı əsasında bölgələrə təhvil-təslim üçün gedən "Azərişıq" ASC rəsmiləri "Azərenerji" ASC-nin Şirvan Regional Elektrik Şəbəkəsi idarəsinin əməkdaşlarının əks-reaksiyası ilə üzləşib.

Axar.az-a Şirvandan daxil olan məlumata görə, "Azərenerji" ASC-nin Şirvan Regional Elektrik Şəbəkəsi rəhbərliyi təhvil-təslim prosesinə başlamaqdan qətiyyətlə imtina edib və "Azərişıq" ASC nümayəndələrinə bunu əmrin olmaması ilə izah edib. Artıq iki gündür ki, Şirvana göndərilən nümayəndə heyətinin rastlaşdığı bu qeyri-adi hadisə qarşısında işini icra edə bilmədiyi vurğulanır.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 10 fevral tarixində "Bakıelektrikşəbəkə" ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC yaradılıb və səlahiyyətləri də artırlıb. Belə ki, Azərbaycanın bölgələrində enerji satışı "Azərenerji"dən alınaraq "Azərişiq"a verilib; "Bakıelektrikşəbəkə" isə yalnız Bakı və Sumqayıtda elektrik satışını təşkil edirdi.

Hazırda "Azərenerji" ASC-nin Şirvan Regional Elektrik Şəbəkəsinin bu sərəncamdan irəli gələn vəzifəni yerinə yetirməyə "Azərişıq" ASC nümayəndələrinə imkan verməməsi şok effekti yaradıb.

Tarix
2015.02.14 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla