Yuxarı

Paşayevanın məktəb yoldaşının məzarından paylaşımı... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva bu gün Xatınlı kəndində görüşlərini davam etdirib.

Axar.az xəbər verir ki, kənddə qapı-qapı, məhəllə-məhəllə gəzən Qənirə Paşayevanı sakinlər yenə böyük hərarətlə qarşılayıb, onunla fikir mübadiləsi aparıblar.

“Dəstəyiniz və gözəl söhbətlər üçün təşəkkür edirəm! Sizi təmsil etmək çox gözəl bir duyğudur. Bu günə qədər olduğu kimi, bundan sonra da hər zaman sizin bu dəstəyinizə layiq ola bilmək üçün var gücümüzlə çalışacağıq. Çünki sizin hər biriniz mənim üçün çox dəyərlisiniz. Hər zaman yanınızdayıq. Allah hər birinizi qorusun!” – Qənirə Paşayeva aldığı təəssüratı sosial şəbəkə hesabından bu sözlərlə bölüşüb.

Daha sonra Qənirə Paşayeva Düz Qırıqlı kəndində şəhid atası Rövşən Məmmədovun və Böyük Vətən müharibəsi veteranlarından, qəhrəman və dəyərli ağsaqqallardan biri Bayram dayının ailəsini ziyarət edib, şəhid atası Rövşən bəyin və müharibə qəhrəmanı Bayram dayının vəfatı ilə bağlı ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Q.Paşayeva Əyyublu kəndində bəzi xəstələrin təmənnasız olaraq müalicə olunmasına da həmişəki dəstəyini göstərib (Ətraflı BURADA).

Axşam saatlarında isə Q.Paşayeva Tovuzdakı Şəhidlər Xiyabanını təkrar ziyarət edib.

“Bu qəhrəmanların çoxunu yaxından tanıyırdım. Mərd oğullar idi. Onlar bizim üçün Vətəni necə sevməyin örnəyidirlər.

Məktəb yoldaşımız və dostumuz Nağı qardaşımla isə bir az dərdləşdik. Ayrılanda mənə elə gəldi ki, “Gələn dəfə gələndə Şuşadan, Xocalıdan yaxşı xəbərlə gəl” deyir. Allahdan ən böyük arzum da budur. Gəlib “İşğaldan azad etdik torpaqlarımızı, rahat yatın” sözünü söyləyə bilmək! Çünki onların ruhu onda şad ola bilər.

Nur içində yatsın bütün şəhidlərimiz! Sizi heç zaman unutmayacağıq. Qanınız yerdə qalmayacaq. Torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi altında mütləq işğaldan azad edəcəyik, inşallah!” – Paşayeva qeyd edib.

Tarix
2020.01.20 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla