Yuxarı

Bu, neftçalalılar üçün tarixi şansdır... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, neftçalalılar üçün tarixi şansdır...  - Video

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, xalq şairi Sabir Rüstəmxanlı seçicilərlə görüşlərini davam etdirir.

Axar.az xəbər verir ki, bu gün Yuxarı Qaramanlı kəndinə gedən xalq şairini sakinlər alqışlarla qarşılayıb, onun Neftçalanı seçməsindən məmnun olduqlarını bildiriblər.

Deputatlığa namizədin vəkili, Neftçalanın tanınmış ziyalılarından olan Etibar Əbilov Sabir Rüstəmxanlının Neftçalanı seçməsinin yerli əhali üçün tarixi şans olduğunu dilə gətirib.

O, Sabir bəyin yaradıcılığından, keçdiyi həyat yolundan bəhs edib və hər bir sakini bu prosesdə aktiv olmağa səsləyib:

“Milli Məclis təcrübə meydanı deyil. Orda xalqın dərdini dilə gətirə bilən, səsi hər yerdən eşidilən, hörmət sahibi olan şəxslər təmsil olunmalıdır. Şəxsən mən çox fəxr edərəm ki, bizim rayonu Sabir Rüstəmxanlı boyda şəxsiyyət təmsil etsin. Müstəqilliyə gedən yol Meydandan başladı. Meydan hərəkatı deyəndə isə ilk yada düşən Sabir Rüstəmxanlı olur. S.Rüstəmxanlı xalqımızın o şəxsiyyətlərindədir ki, Meydan hərəkatında bütün Azərbaycan xalqı ona öz adından danışmaq səlahiyyəti vermişdi. İndi biz Neftçala adından ona bu səlahiyyəti niyə verməyək?

Onun biz neftçalalıları Milli Məclisdə təmsil etməsini niyə istəyirəm? Mənə Milli Məclisdə xalqın güvəndiyi, xalqın istək-arzularını dilə gətirən, cəsarətli, qətiyyətli insan lazımdır. Mənə Milli Məclisdə xalqımızın rifahına xidmət edəcək qanunları qaldıran, onu həyata keçirə bilən, tətbiqinə nail ola bilən insanlar lazımdır. Mənə Milli Məclisdə xalqın mənafeyini öz mənafeyindən üstün tutan insanlar lazımdır. Mənə Milli Məclisdə sözü ciddiyə alınan söz sahibi lazımdır.

Sadaladığım keyfiyyətləri yalnız Sabir Rütəmxanlıda görürəm. Milli Məclisə seçkilərdə səhvə yol vermək bağışlanmazdır. Çünki bu səhvi düzəltmək üçün 5 il lazımdır. Ona görə də seçimimizdə yanılmayaq və Sabir bəyə səs verək”.

Sonra sakinlər çıxış ediblər, kəndin problemlərindən danışıblar, S.Rüstəmxanlıdan bu problemlərin həlli üçün kömək istəyiblər.

Tarix
2020.01.23 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla