Yuxarı

Paşayeva ev-ev, məhəllə-məhəllə görüşlər keçirir... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva ev-ev, məhəllə-məhəllə görüşlər keçirir... - Foto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva bir sıra kəndlərdə ev-ev, məhəllə-məhəllə görüşlərini davam etdirib.

Axar.az xəbər verir ki, Bozalqanlı, Əyyublu, Əlimərdanlı, Dönük Qırıqlı kəndlərində olan Q.Paşayeva şəhid ailələri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan Q.Paşayeva cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüşdən danışıb, bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət baxımından nümunə olduğunu vurğulayıb. Q.Paşayeva bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

Görüş zamanı şəhid ailələri Qənirə Paşayevanın Milli Məclisdə şəhid ailələri, müharibə əlil və veteranlarını narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını unutmadıqlarını deyərək, Paşayevaya təkrar dəstək və etimad göstərəcəklərini vurğulayıblar.

Q.Paşayeva şəhid ailələrinin dəstəyinin onun üçün mənəvi baxımdan ən böyük dəstək olduğunu bildirib.

Tarix
2020.01.25 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət...

Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev

Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədi...

IV Şuşa Qlobal Media Forumu başladı - Canlı

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla