Yuxarı

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə başsağlığı məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Əlahəzrət,

Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Şeyx Həməd bin Xəlifə Əl Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz sədaqət nümunəsi göstərmiş və onun rifahı naminə fədakarcasına çalışmış xalqının böyük lideri idi.

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun müstəsna xidmətləri olmuşdur. Azərbaycana səfərlərini və onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Əl Taninin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Qətər Dövlətinin qardaş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Tarix
2026.07.12 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla