Yuxarı

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu “National İnterest” (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı “Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?” (“Here’s Why Armenia Can’t Win an Air War Against Azerbaijan”) adlı məqalədə Azərbaycanın hərbi üstünlüyü geniş təhlil olunur.

Axar.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Elbəyi Həsənli qeyd edib.

“Müəllif hesab edir ki, İkinci Qarabağ müharibəsi müasir müharibələrin xarakterini dəyişən əsas hadisələrdən biri oldu. Onun fikrincə, Azərbaycanın pilotsuz uçuş aparatları, kamikadze dronlar və radioelektron mübarizə vasitələrindən istifadə etməsi sonradan Ukrayna müharibəsində də tətbiq olunan yeni hərbi modelin ilk nümunələrindən biri idi.

Məqalədə vurğulanır ki, Azərbaycan son illərdə ordusunu Türkiyə və İsrail istehsalı olan müasir texnologiyalar əsasında yenidən qurub. “Bayraqdar TB2”, “Harop” və digər pilotsuz sistemlər Azərbaycanın döyüş konsepsiyasının əsasını təşkil edir. Ermənistan isə əsasən sovet dövründən qalan hərbi doktrinaya və köhnəlmiş hava hücumundan müdafiə sistemlərinə arxalanmaqda davam edir.

Harrison Kass yazır ki, Azərbaycanın üstünlüyü yalnız silahların sayında deyil. Əsas fərq hərbi düşüncə tərzindədir. Bakı müasir müharibəni pilotsuz sistemlər, dəqiq zərbələr, fasiləsiz müşahidə və elektron mübarizə üzərində qurduğu halda, Ermənistan klassik hava döyüşü modelindən tam uzaqlaşa bilməyib.

Müəllif həmçinin Azərbaycanın iqtisadi və demoqrafik üstünlüklərinə də diqqət çəkir. Təxminən 10,7 milyon əhalisi və daha böyük iqtisadi potensialı Azərbaycana müdafiəyə daha çox vəsait yatırmağa imkan verir. Bundan əlavə, Türkiyə və İsraillə strateji hərbi əməkdaşlıq Bakının üstünlüyünü daha da gücləndirir.

Məqalənin yekun nəticəsi birmənalıdır. Müəllif hesab edir ki, kənardan ciddi hərbi müdaxilə olmadığı təqdirdə, Ermənistanın Azərbaycanla yeni hava müharibəsində üstünlük qazanmaq şansı son dərəcə zəifdir. Azərbaycanın pilotsuz sistemlərə əsaslanan müasir hərbi modeli ona hava məkanında qısa müddətdə üstünlük əldə etmək imkanı verir.

Əslində, bu məqalə təkcə Azərbaycan və Ermənistan haqqında deyil. O, həm də Qərbdə formalaşan yeni yanaşmanı göstərir. Artıq 2020-ci il Qarabağ müharibəsi lokal münaqişə kimi deyil, XXI əsr müharibələrinin yeni modelini nümayiş etdirən hadisə kimi qiymətləndirilir. Müəllifin fikrincə, bu model sonradan Ukrayna cəbhəsində də öz təsdiqini tapdı və müasir hərbi strategiyaların inkişafına ciddi təsir göstərdi”, - o vurğulayıb.

Tarix
2026.07.12 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla